Slimfit
  1. KOSMOS

NASA Venerada həyat əlamətinin aşkarlanmasını qiymətləndirdi

NASA Venerada həyat əlamətinin aşkarlanmasını qiymətləndirdi
Sakura

NASA Venerada həyat əlamətinin aşkarlanmasını qiymətləndirdi

NASA rəhbəri Cim Braydenstayn Veneranın atmosferində fosfinin aşkar edilməsini Yerdən kənar həyatın hipotetik mövcudluğunun axtarışlarının bütün vaxtı ərzində "ən vacib hadisə" adlandırıb.

Ens.az xəbər verirki,bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Venerada həyat? Fosfinin aşkar edilməsi, anaerob biologiyanın əlavə məhsulu, Yerdən kənar həyatın mövcudluğunun xeyrinə inandırıcı dəlillərin yaradılmasında ən vacib hadisədir", - Braydenstayn özünün "Twitter"dəki səhifəsində yazıb.

NASA rəhbəri əlavə edib ki, "Veneraya ən mühüm diqqəti ayırmağın vaxtı çatıb".

Qeyd edək ki, Massaçusets və Kardifdən olan alimlər daha əvvəl Veneranın buludlarında fosfin qazı aşkarlayıblar. Onların ehtimalına görə, bu, həmin planetdə həyatın mövcudluğunu göstərə bilər. Alimlər tədqiqatlarının nəticəsini "Nature" jurnalında dərc ediblər.

Bu artıq Venerada həyatın mövcudluğu haqqında ilk fərziyə deyil. 2012-ci ilin yanvarında “Astronomik xəbərlər” elmi jurnalında Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun baş tədqiqatçısı Leonid Ksanfomaliti keçmiş SSRİ-nin "Venera-13" stansiyasının eniş modulundan alınan görüntülərin təhlilinə dair məqalə dərc edib. O, bununla bağlı fotolarda həşəratlara bənzər canlılar hesab etdiyi bir neçə obyekt aşkarlayıb.

Fosfin rəngsiz və çox zəhərli qazdır. O, Yer kürəsində anaeroblar – yəni oksigen tələb etməyən mikroorqanizmlər tərəfindən ifraz olunur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR