Slimfit
  1. TEXNOLOGİYA

NASA robota avtomobil idarə etməyi öyrətdi

NASA robota avtomobil idarə etməyi öyrətdi
Sakura

NASA robota avtomobil idarə etməyi öyrətdi

Ens.az xəbər verir ki, NASA -nın reaktiv hərəkətlər laboratoriyasının mühəndisləri, perspektivli layihələr Agentliyinin (Advanced Engineering Agency (DARPA) mühəndisləri ilə birlikdə ekstremal şərait üçün qeyri-adi bir robot yaradıblar.

Məlumdur ki, insanların anlayışında adətən robot, ayaqları, qolları və başı olan insanabənzər qurğu kimi qəbul olunur. Biz elmi, fantastik filmlərdə məhz bu cür robotları görməyə alışmışıq. Lakin NASA-nın sözügedən laboratoriyasının mühəndisləri insanlar üçün çox təhlükəli olduğu mühitlərdə mürəkkəb tapşırıqları yerinə yetirə bilən çoxsaylı meymuna bənzər RobotSimian robotunu yaradıblar.

Robotun, lazım olduqda əllərə çevrilə bilən 4 ayağı var. Robotun başı yoxdur, ancaq onu yönləndirən və istənilən tapşırıqları yerinə yetirməyə kömək edə biləcək yeddi kameralı bir çıxıntı (artırma) var. Robotun düz səthdə hərəkət etməsinə kömək edən 2 təkəri var ki, bunlar eyni zamanda kələ-kötür ərazi üzərində də asanlıqla hərəkət etməyə imkan yaradır.

Robot müxtəlif predmetlərlə manipulyasiya etmək bacarığına sahibdir, məsələn, klapanı və ya cəftəni aça və bağlaya, bir düyməni basa yaxud bura bilər. Sükan arxasında əyləşərək avtomobili, yaxud xüsusi texnikanı idarə edə bilir.

RobotSimian, ekstremal vəziyyətlərdə insanlara kömək edə biləcək bir cihaz yaratmaq üçün istedadlı mühəndislər arasında texniki bir yarışma çərçivəsində yaradılıb. Burada əsas mükafat 2 milyon dollar idi.

Müsabiqənin qalibi məcburi, çox çətin tapşırıqları yerinə yetirərək xüsusi bir maneə zolağında keçməliydi.

RobotSimian robotunun proqram təminatı marsda gəzən robotlar üçün proqramlar əsasında yaradılmışdır, operatorla heç bir əlaqə olmadıqda maksimum sərbəstliyə zəmanət verir. Buna baxmayaraq, operator bütün hərəkətlərini idarə edərək avatar prinsipinə əsasən robotu idarə edə bilər.

Onun konstruksiyası sənaye dizaynının tətbiqiylə yaradılmışdır, lazımı dərəcədə mehribandır, amma eyni zamanda korpusu maksimal funksionallığı təmin edir.

Müsabiqədə rəqibləri ilə müqayisədə RobotSimian ən yavaş olmasına baxmayaraq, yüksək müstəqillik və manipulyativ qabiliyyət nümayiş etdirib.

Müsabiqənin nəticələrinə görə qaliblər yalnız pul mükafatını almayacaqlar, həm də asteroidlər, kometalar və ay kimi cazibə qüvvəsi az olan orbital quruluşları tədqiq etmək və orada xidmət göstərmək üşün NASA-ya robotlar yaratmaq imkanı əldə edəcəklər. Onlara Marsda, Ayda mağara və qayaları araşdırmaq və hətta gələcəkdə insanların qalma ehtimalı çox olan yaşayış yerlərinin tikintisində iştirak etməyə də şans verilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR