Slimfit
  1. SİYASƏT

NASA rəsmisi Bakıdakı sərgidən danışdı

NASA rəsmisi Bakıdakı sərgidən danışdı
Sakura

NASA rəsmisi Bakıdakı sərgidən danışdı

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi çox gözəl keçdi. Bir ölkə üçün belə mötəbər tədbirə ev sahibliyi etmək, onun mədəniyyətini iştirakçılarla bölüşmək həmişə xoşdur. Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə olmaqdan, eyni zamanda, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Aya qayıtmaq, günəş sistemini araşdırmaq və gördüyü işlər haqqında hekayəni bölüşmək üçün burada olmaqdan məmnunuq.

Ens.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında NASA-nın İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ketrin Hambleton deyib.

“Mən Bakıdakı sərgidə iştirak etməkdən çox məmnunam. Bu gün sərginin ilk günüdür. Ona görə də sərgiyə gələn ziyarətçilərlə ünsiyyət qurmaq üçün burada uzun müddət qalmaq istəyirəm. Azərbaycanın kosmosdakı fəaliyyəti ilə bağlı çox məlumatlı deyiləm. Mən sizə NASA-nın nə iş gördüyü və onun digər ölkələrlə tərəfdaşlıq etməsi və bu səyahəti necə paylaşmağı səbirsizliklə gözlədiyi barədə daha çox bilgi verə bilərəm. Buna görə də əməkdaşlıq üçün kosmik tədqiqatlarını paylaşan müxtəlif şirkətlərlə əlaqə qurmağa çalışırıq. Şübhəsiz ki, qarşıda bizi gərgin bir il gözləyir, kosmonavtlarını missiyasına hazırlaşırıq”, - Ketrin Hambleton vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR