Dərc edildi: Baxış sayı: 746
O, tarix yaradacaq...
ABŞ Kosmik Hava Agentliyi – NASA 17 yaşlı gənc – Alisa Karsonun xəyalını gerçəkləşdirməkdən ötrü onu 2033-cü ildə Marsa göndərəcək.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, NASA artıq indidən həmin gənci xüsusi təlimlərdən keçirərək, astronavt kimi yetişdirir.
Karsonun istəyi isə Marsa tədqiqatçı kimi getmək istəyən ən gənc Yer sakini kimi tarixə düşməkdir. Lakin NASA onu xüsusi mütəxəssis kimi yetişdirməkdən ötrü Karsonu ən azı 15 il gözlədəcək. Çünki Marsa səyahət etmək üçün xüsusi bioloji üstünlüklərə malik olan Alisanın başqa insanların sahiblənmədiyi qeyri-adi özəllikləri də var.
2033-cü ildə Marsa gedən ilk insan olma hədəfi ilə məşğələlərinə davam edən Alisa, bu hədəfinə sahib olmaq üçün bütün özəlliklərə sahibdir.
O, NASA Pasport Proqramını tamamlamağı bacaran ilk insandır. Həmçinin, NASA akademiyasına daxil olan ən gənc insandır. Məhz bu bu bacarıqlar sayəsində Alisan Marsa səyahət etmək hüququ əldə edib.
O, gənc yaşlarında bir çox işləri paralel şəkildə yerinə yetirir. Həm elmi işlərlə məşğul olur, həm də astronavt kimi formalaşır “Xüsusilə də mənə bu yolu açan qadın astronavtlardan ilham aldığını bildirib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət