Dərc edildi: Baxış sayı: 677
NASA: Marsa ayaq basacaq ilk adam bir qadın ola bilər
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru Cim Braydenstayn Marsa ilk ayaq basan şəxsin qadın ola biləcəyini açıqlayıb.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, direktor bu barədə qatıldığı radio verilişində açıqlama verib. Hələ ki, Marsa gedəcək şəxsin dəqiqləşmədiyini qeyd edən Cim Braydenstayn NASA-nın növbəti illərdəki proqramında qadınların ön sırada olacağını bildirib.
Qadın astronavtlar təkcə Marsa deyil, digər planetlərə də gedə biləcəklər. NASA mart ayının axrında ilk dəfə bir qadını kosmosa göndərməyə hazırlaşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət