Slimfit
  1. DÜNYA

NASA iki qalaktikanın toqquşma anını paylaşdı

NASA iki qalaktikanın toqquşma anını paylaşdı
Sakura

NASA iki qalaktikanın toqquşma anını paylaşdı

NASA Herakl bürcündə iki qalaktikanın toqquşma anını əks etdirən foto paylaşıb.

Ölkə.Az” xəbər verir ki, Habbl teleskopu “NGC 6052” adlı obyekti lentə ala bilib. Bu obyekt Yerdən 230 milyon işıq ili uzaqda yerləşir.

1784-cü ildə sözügedən səma cismini ingilis astronom Uilyam Gerşel kəşf edib. Əvvəlcə alim “NGC 6052”ni düzgün forması olmayan vahid qalaktika kimi təsvir etmişdi. Amma sonadan alimlər müəyyən etdilər ki, bu, toqquşan iki qalaktikadır.

Alimlərin fikrinə görə, Süd Yolu qalaktikası da Andromeda ilə toqquşacaq. Amma bu, 5 milyard il sonra baş verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR