Dərc edildi: Baxış sayı: 809
NASA-dan səma cismi xəbərdarlığı
NASA mütəxəssisləri 10 mərtəbəli bina hündürlüyündə səma cisminin planetimizin son dərəcə yaxınlığından keçəcəyini bildirib. FaktXeber.com-un verdiyi məlumata görə, asteroid aprelin 9-da kəşf edilib.
Elm adamları Yerin 218 min km yaxınlığından keçəcək cismin uzunluğunun 30 metrə çatmasının planetimiz üçün təhlükəli ola biləcəyini vurğulayıblar. Bu səbəbdən asteroid 100 il içində dünyaya çırpılma riski olanların siyahısına salınıb.
Alimlər səma cisminin 2034, 2041 və 2048-ci illərdə planetimizə çox yaxınlaşacağını bildiriblər.
Ümumiyyətlə planetimizə 30 milyon km yaxınlıqda minlərlə səma cismi var. Bunlardan eni 100 metrdən artıq olanlar «təhlükəli» kimi sinifləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət