Slimfit
  1. KOSMOS

NASA Ayda göbələk koloniyaları yetişdirməyi təklif edir

NASA Ayda göbələk koloniyaları yetişdirməyi təklif edir
Sakura

NASA Ayda göbələk koloniyaları yetişdirməyi təklif edir

Ens.az xəbər verir ki, NASA-nın Kriemni Vadisində yerləşən Ames Araşdırma Mərkəzi mikro-memarlıq sahəsində yeni bir layihəyə - (göbələk tellərindən memarlıq obyektlərinin yaradılması başlayır. Bu layihə hələ 2018-ci ildə qeyri-adi yenilik kimi ilk uğurlarını əldə edərkən İnnovativ İnkişaf Konsepsiyaları (İnnovative Advanced Concepts) proqramı çərçivəsində səxavətli maliyyələşmə əldə edib. İndi isə elm adamları üzərlərinə yeni ciddi vəzifə - resurs çatışmazlığı şəraitində (məsələn Ayda) göbələk tellərindən faydalı obyektlər və quruluşlar yaratmaq texnologiyasını inkişaf etdirməyi götürüblər.

"Ay koloniyaları üçün bütün tikinti materiallarını Yerdən gətirə bilmərik, bunun əksəriyyəti yerində hazırlanmalı və göbələk telləri bu baxımdan çox maraqlı namizəddir"- layihə rəhbərləri bildirir. Ən sadə vəziyyətdə, göbələk bir qəlibə qoyulur, böyüməsi, tam dolması gözlənir, bundan sonra artıq hissələri kəsilir və möhkəm olması üçün məhsul bişirilir. Artıq Ay mebellərinin bir neçə prototipi hazırlanıb - bir "stul"un yetişdirilməsi təxminən iki həftə vaxt aparıb.

Göbələk tellərinin maraqlı cəhətlərindən biri də odur ki günəş şüalarının təsiri altında su və karbon dioksidi emal edən, göbələk üçün oksigen və qida rolu oynayan siyanobakteriya hesabına böyüməsinin mümkünlüyüdür. Yəni düzgün mühəndislik bacarığı ilə, xaric edilən havanı süzən, oksigen meydana gətirən, özünü gücləndirən və genişləndirən bir divar qurmaq mümkündür. Bunun üçün yalnız günəş işığı və su lazımdır - bunlar da Ayda var.

Göbələk tellərindən olan material yanğına və əyilməyə davamlıdır, bundan başqa hava və elektrik cərəyanının keçməsinə imkan vermir. Fidanların bir porsiyası yüzlərlə hektar tel əldə etməyə imkan verir, bu da yeni şəraitə uyğunlaşmaq üçün faydalı mutasiyalar bəxş etməyi asanlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR