Slimfit
  1. PSİXOLOGİYA

NASA alimləri : İnsanların 98% -i dahidir, onları məktəb və cəmiyyət axmaq edir

NASA alimləri  : İnsanların 98% -i dahidir, onları məktəb və cəmiyyət axmaq edir
Sakura

Ekspert Ken Robinson məktəblərin yaradıcılığı məhv edə biləcəyini bildirir

Bütün insanlar doğuşdan dahidir. Hər halda psixoloqlar belə düşünürlər. İnsanın imkanları sonsuzdur, potensialları olduqca yüksəkdir. Ancaq yaşla, hər şey dəyişir.

Eksperiment

Bir gün Psixologiya elmləri doktoru Corc Land NASA-dan bir sifariş aldı. Məşhur agentlik ona xüsusi test hazırlamağı tapşırdı. Onun köməyi ilə məktəbəqədər uşaqlarda yaradıcı potensialın necə olduğunu tapmaq lazım idi. Psixoloqlar tapşırığın öhdəsindən gəldilər, amma nəticə heyrət doğurdu. Və o qədər ki, belə vacib müştəri şok vəziyyətinə düşdü və testi, eləcə də onun nəticələrini  qəbul etməkdən imtina etdi. Psixoloqlar tədqiqatı 4 ilə 5 yaş arasında olan uşaqlar üzərində aparmışdılar.

Uşaqlar ən sadə problemləri müxtəlif yollarla həll etməli idilər. 1600 oğlan və qızdan 98% -nin əsl dahi olduğu aydınlaşdı. Psixoloqlar maraqlı fenomenə  maraq göstərdilər  və eyni uşaqlarla, lakin bu dəfə onlar  10 yaşında olanda eksperimenti təkrarladılar. Onları bir yerə yığdılar və yenidən testləşmə keçirildi. Nəticə psixoloqları heyrətləndirdi. Bu dəfə ən yüksək kateqoriyaya yalnız yoxlananların üçdə bir hissəsi düşdü.

NASA yenidən araşdırmaya maraq göstərdi. Mütəxəssislərə təkrar test etmək əmri verildi, yalnız indi eyni uşaqları 15 yaşına qədər gözləmək məcburiyyətində qaldılar. Bu dəfə yeniyetmələrin 12% -i üst kateqoriyaya daxil oldu.

Narazı NASA, daha 5 il gözləmək istəmədi. Yetkinlərin sınaqdan keçirilməsinə qərar verildi, bunların arasında yalnız 2% dahilər idi.

Səbəb nədir

Tanınmış ekspert Ken Robinson məktəblərin yaradıcılığı məhv edə biləcəyini bildirdi. Bir sözlə, təhsil müəssisəsi insanları yumşaq desək, ən ağıllı adamlara çevirmir.

Məsələ burasındadır ki, az yaşında uşaqlar səhv etməkdən çəkinmirlər. Çox orijinal və qeyri-adi bir şey ortaya qoya bilirlər. Yaşla, uşağa qorxu gəlir. Uşaqlar xüsusi görünməkdən çəkinirlər, iki qiyməti almaqdan qorxurlar. Sonra universitetdən qovulmaq və sonra işlərindən azad olunmaqdan qorxurlar. Mütəxəssis, məktəbin insanın dahiliyini məhv etdiyinə əmindir.

Kimdir günahkar 

Yeri gəlmişkən, tədqiqatçılar hər şeydə hökumətin günahkar olduğuna əmindirlər. Bu onun məkrli sifarişidir. Bəzi dövlətlərə təhsilli dahilərə sahib olması sərfəli deyil. Hakimiyyətlərə yalnız vəzifəsi əməkdən ibarət olan fəhlə sinifi lazımlıdır.

Çıxış var

Mütəxəssislər hər bir insanın hər şeyi özünün düzəldə biləcəyinə inandırırlar. İnsanları dahilikdən məhrum edən blokun nə zaman işə düşdüyünü anlamaq kifayətdir və sonra ondan yan keçməyə çalışılmalıdır. Bu sahədə araşdırmalar davam edir.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR