Slimfit
  1. CƏMİYYƏT

“Narkotik artıq məktəblərə daxil olur”

“Narkotik artıq məktəblərə daxil olur”
Sakura

“Narkotik artıq məktəblərə daxil olur”

“Azərbaycanda narkotik vasitələrə qarşı qanunvericiliyin tələbləri sərtləşdirilsin. Gün ərzində mətbuata nəzər salanda görürük ki, hər gün 5-50 nəfər arası insan narkotik vasitələrlə bağlı məsuliyyətə cəlb olunur. Daşıyan və satan bu qədərdirsə, görün qəbul edənlərin sayı nə qədərdir”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.

“Məsələni ciddi şəkildə kəskinləşdirməliyik. Müxtəlif narkotik maddələr artıq məktəblərə daxil olur. Narkotikdən müalicə olunmaq üçün kifayət qədər dispanser yoxdur. Bir dispanser var idi, onun da rəhbəri bu yaxınlarda korrupsiya ilə bağlı məsuliyyətə cəlb olundu.

Tez-tez eşidirik, deyirlər ki, “İran vətəndaşından almışam”. Bəs onlar kimdir, haradan gətirirlər onu?! Kimdir bu dövlətin övladlarını zəhərləyən?! Heç kim bundan sığortalanmayıb, problem hər kəsin qapısını döyə bilər. Əlimizdən gələn hər şeyi etməliyik ki, Azərbaycan uşaqlarının gələcəyinə ziyan vuran bu sistemi məhv edək”, - deyə deputat vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR