Slimfit
  1. DÜNYA

Narinin qətlinin üstünü açacaq mühüm səs yazısı üzə çıxdı: "Qız öldümü, Ramazan?"

Narinin qətlinin üstünü açacaq mühüm səs yazısı üzə çıxdı: "Qız öldümü, Ramazan?"
Sakura

Narinin qətlinin üstünü açacaq mühüm səs yazısı üzə çıxdı: "Qız öldümü, Ramazan?"

Narin Güranın cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində əmisi Salim Güranın işçisi Ramazan Atasoy ilə danışığının səsyazısı ortaya çıxıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Səsyazısında həbs olunan Salim Güran işçisinə “Ramazan, qız öldü, ya sağdır” dediyi əks olunub. Səsyazısı Narin Güranın dosyesinə daxil olunub.

Jurnalist Fərid Dəmir Xalq TV-yə səs yazısının olduqca böyük önəm daşıdığını bildirib:

“Narin itkin düşdükdən sonra Salim Güran Ramazan Atasoy ilə telefon danışığı aparıb. Bu danışığın səs yazıları ortaya çıxıb. Səsyazısında Salim Güran işçisi Ramazan Atasoydan, “Ramazan, qız öldü, ya sağdır” deyə soruşur. Bu səs yazılarından belə aydın olur ki, Narin Ramazan Atasoya sağ təslim edilib. Eyni zamanda etirafçı Nevzat Bəxtiyar ilə Ramazan Atasoyun birlikdə olduğu həqiqəti də üzə çıxır”.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dövşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər. İstintaq çərçivəsində Narinin 1 və 2-ci dərəcəli qohumları olan 8 nəfər həbs olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR