“Nargis” Fondunun dəstəyilə “Samsung” şirkətinin yeni layihəsi işıq üzü görüb
Quba məktəblərinin birində şagirdləri “Samsung” tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşılayıb.
“Technological Embrace” layihəsi çərçivəsində, “Nargis” Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq, Samsung şirkətinin məhsulları ilə təchiz olunub və şagirdlərin istifadəsinə təhvil verilib.
Qeyd edilən otaqda, buna misal olaraq, interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilib. Belə ki, xüsusi Flip Board lövhəsi, adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir. Flip Board - “böyük həcmli” planşeti xatırladaraq, touchscreen üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir.
Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasının imkanını yaradırlar.
Həmçinin, şagirdlərin rahatlıqla tədris materiallarını mənimsəmələri və sənədli və maarifləndirici filmlərdən faydalanmaları üçün kabinet “Samsung” televizoru ilə təchiz olunub.
Qeyd edək ki, bu otaq sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Texnoloji sinfin təntənəli açılış mərasimi Sentyabr ayının 16-da baş tutub. Beləliklə, yeni ildən başlayaraq şagirdlər interaktiv dərslərin üstünlüklərini hər tərəfli qiymətləndirə biləcəklər. Ətraflı məlumatı “Samsung Azərbaycan”ın “Facebook” və “Instagram” səhifələrindən əldə edə bilərsiniz.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət