Dərc edildi: Baxış sayı: 1367
Nargindəki türk əsirləri xilas edən şəxs
19-cu əsrin axırları, XX əsrin əvvəlləri Bakı şəhərinin son dərəcə mürəkkəb, ziddiyyətli, eyni zamanda cah-cəlallı bir dövrü olub. XX əsrin əvvəlləri məmləkətimizin tarixində ən mürəkkəb, ziddiyyətli və keşməkeşli dövr idi. Bir tərəfdən Azərbaycanın təbii sərvətlərini öz təsir dairəsinə salmaq üçün ingilis, fransız və almanların apardıqları rəqabət, digər tərəfdən ölkəni bürüyən inqilabi hərəkat və ən pisi, ermənilərin bu vəziyyətdən istifadə edərək, öz məkrli planlarını yerinə yetirmələri – xalqın milli qırğın təhlükəsilə üzləşməsi məmləkəti çıxılmaz vəziyyətə salmışdı.
Həmin dövrdə yaşamış işıqlı şəxsiyyətlərdən biri də Məşədi Ələsgər Hacıgülməmməd oğludur. O, 1860-cı ildə keçmiş Quba dairəsinin Xızı rayonunda, ortabab mülkədar ailəsində dünyaya göz açmışdı. Olduqca dindar şəxs olan Hacıgülməmməd kişi beş oğlunun beşini də vaxtında Məşhəd və Kərbəla ziyarətlərinə aparmışdı. Qardaşları içərisində öz dərin ağlı və zəkası ilə fərqlənən Ələsgər, mollaxana təhsili alandan sonra, atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə dərindən yiyələnmiş, Bakıda tanınan ticarətçilər sırasına qoşulmuşdu.
Cavan yaşlarında Bakı şəhərinə köçən Məşədi Ələsgər, Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Bakı qoçuları ilə yaxşı əlaqə quuran Ələsgər az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıbların pənahı kimi ad çıxardı.
Dağlıların demək olar ki, ən dövlətlisi sayılan Məşədi Ələsgər geniş ticarət şəbəkəsinə malik idi. O, qoçulaarın – Dağlı Ağakəim, Malbaş Yusif, İçərişəhərli Kəblə Cavad, köməyi sayəsində Rusiyadan, İrandan, Türkiyədən külli miqdarda mal-qara, qoyun sürüləri alır, Bakıda və Azərbaycanın başqa şəhərlərində satdırırdı. Onun bir neçə emalatxanasında hər gün bir neçə yüz girvənkə xüsusi dad-tama malik dağlı pendiri istehsal olunardı. Hasil olan pendirin beşdən bir hissəsi hər gün kasıb-kusuba paylanardı.
Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. Görənlər söhbət edirlər ki, Məşədi Ələsgər "İmam ehsanlarında" 300 toyuq kəsdirər, hər adama bir toyuq qoydurardı. Orucluq aylarında 30 qoyun, üç dəvə kəsdirərdi və onun evi növbəyə dayanmış camaatla dolu olar, hər kəs öz azuqəsini alıb gedərdi.
Erməniləri görən gözü yox idi. Xüsusilə Bakı milyonçusu Tumanyandan lap zəhləsi gedərdi. Bunu məhəllə camaatının hamısı yaxşı bilirdi. Günlərin birində Tumanyanın sifətinə kazinoda yağlı bir şillə yapışdırmış Dağlı Musaya hədiyyə olaraq bir “Mauzer” tapançası və iki yüz manat pul vermişdi.
1905-ci ilin axırlarında ermənilərlə münaqişə zamanı artıq bığ yeri təzəcə tərləmiş Musa şəhərdə tanınmış qoçularla birlikdə gəzib-dolaşır, bir bəhanə axtarırdı ki, Tumanyanın dəstəsindən olan ermənilərlə üzbəüz gəlsin... Belə bir bəhanə dekabrın əvvəllərində ələ düşür. Parapet bağı qarşısındakı şərab dükanından çıxan bir dəstə erməni qarşı səkidən keçən iki müsəlmanı öldürüb qaçırlar. Həmin dəqiqə Quba meydanında xəbər yayılır ki, bəs həmin dəstə üzvlərindən üçü qaçaraq Tumanyanın malikənəsinə giriblər. Bu xəbəri eşidən dükançılar təşviş içində mağazalarını bağlayıb, qaçmağa çalışdılar. Qubernator bağı qarşısındakı imarəti nəzarətə götürən Musa Qurbanqulunu orada qoyub, Qaçaq Əliabbas, Hacıoğlu Qəmbər, Sarı Ağadadaş, Ağaoğlu Qəmbərlə birlikdə Əlibala Quliyevin dəstəsi ilə “erməni kəndi” tərəfə yollanırlar.
Qəzetlər səhərisi gün yazırdılar: "Ermənilər damlardan, balkonlardan və Parapetdəki kəlisanın həyətindən müsəlmanlara tərəf tüfəng atmağa başladılar. Atışma 30 dəqiqəyədək çəkdi. Bu vəqt müsəlmanlar ermənilərin bir neçə dükanına od vurdular. Bir neçə saətdən sonra cəmi erməni dükanları odlanmış, beş adam yanıb tələf olmuşdu.
İstintaq vəqtində təsdiq olundu ki, dekabrın 3-dəki iğtişaş zamanı 6 nəfər müsəlman, 32 nəfər erməni qətl olundu, 18 nəfər müsəlman, 41 nəfər erməni yaralanıbdır və 14 dükan qarət olub, yandırılıbdır.
Fövqdə yazılan təqsirnaməni yazmaqda məqsədimiz, fəqət iğtişaş vəqtində bəzi yalançı xainlər tərəfindən yayılan fəsadəngiz iftira və böhtanları aşkar edib, həqiqəti meydana qoymaqdır”.
Hadisənin səhəri günü Məşədi Ələsgər olayda iştirak edən qoçuların hər birini lazımınca mükafatlandırmışdı.
Ermənilər həmin dövrdə böyük qudurğanlıq edir, qaş qaralandan sonra hətta Sovetski küçəsində də qarətə girişirdilər.
Həmin illərdə Bakıda nəşr olunan qəzetlər hər gün kriminal olaylardan yazırdı... Qubameydanındakı cız-bızxanaya toplaşan qoçular isə xəbərləri oxuyaraq bir-birlərinə göz qaş edir, özlərinin törətdiklərini eşidəndə sifətlərində rişxəndli təbəssüm yaranırdı.
Məsələn, qəzetlər yazırdı: “Ayın 2-də axşam saət 7-də 10 nəfər naməlum "Mauzer" tapançalar ilə müsəlləh qarətçilər “Çadrovı” küçədə 237 nömrəli evdə Nurkinin mənzilinə daxil olub, tapançalar ilə hədələyib, yüz manatdan yuxarı nəğd pul alıb, 200 manatdan yuxarı qızıl, gümüş əşyalar qarət edib. Qulluqçu qışqırığa başladıqda tapança dəstəyilə məzkurun başından bərk yaralayıb, sonra qaçıb gizlənmişlər”.
“Bu əvaxirdə Bakıda genə qarətkarlıq və adam soymaq şiddət eləməkdədir. Bakıpolistmeysteri Nazanski cənabları hadisəni bu sayaq şərh edir: “Qabaqda Bakıda hərəkat-inqilabçuyanın zamanında çoxları inqilabçılıq adı ilə adam soymağa, qətl, qarətlə məşğul olurdular. İndi həman zəhmətdən yadırğamış adamlardır ki, yüngülsayaqla özlərinə məişət hasil etmək üçün qarət və talanla məşğul olurlar”. (“Sədayi-vətən”, N 18).
Məşədi Ələsgərin ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanılan türk əsgərlərinə etdiyi köməklik idi.
Türk əsirləri Böyük Zirə adasına necə düşmüşdülər? Tarximizin bu ağ ləkəsi mətbuatımızda bu günə kimi lazımınca işıqlandırılmayıb. Məsələnin əsas mahiyyəti belədir: 1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi. Bu dövrdə Osmanlı Almaniya-Avstriya ittifaqına qoşuldu. Almaniya-Avstriya orduları Ukraynanı, Polşanı, Pribaltikanı zəbt etmək məqsədini qarşıya qoymuşdularsa, Osmanlı Qafqazı tutmaq fikrində idi.
Osmanlının hərbi naziri Ənvər Paşa və daxili işlər naziri Tələt Paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə Qafqaza 60 türk zabiti göndərilmişdi. Beləliklə, 1914-cü ilin oktyabrında Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Bu müharibədə Qafqaz cəbhəsi Qərb və Şərq cəbhələrindən sonra əsas cəbhə hesab olunurdu. Türklər Qars və Batum tərəfdən Qafqaza girdilər. Bu cəbhədə üçüncü türk ordusunun üç ordu korpusu özünün 11 diviziyası ilə iştirak edirdi. Baş komandan Ənvər Paşanın özü idi. Əsas zərbə Sarıqamış rayonuna endirilməli idi. Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. Doxsan min nəfərlik ordudan cəmi on min nəfər adam salamat qalmışdı.
1916-cı ildə rus qoşunları Qafqaz cəbhəsi boyu hücuma keçərək, Ərzurumu və Trabzonu tutdular. Bu döyüşlər zamanı türklərdən çoxlu əsir alınmışdı. Onlardan təxminən 400-600 nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı burada olduqca pis idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı. Onlar arasında müxtəlif xəstəliklər yayılırdı. Belə bir vəziyyətdə Məşədi Ələsgər onlara çox köməklik göstərmiş, pendir çəlləklərində onların adadan qaçırılıb vətənlərinə yola salınmasını təşkil etmişdi.
Əlbəttə, onun yaxşı əməllərinin səs-sorağı Türkiyəyə gedib çatmaya bilməzdi. Bu xidmətlərinin nəticəsi olaraq şəxsən Ənvər Paşanın göstərişi ilə Məşədi Ələsgər qiyabi olaraq Osmanlının yüksək ordeni ilə təltif olunmuşdu. 1918-ci ildə türklər Bakıya gələndə, azərbaycanlıları ermənilərin soyqırımından xilas etdikləri vaxt Məşədi Ələsgər artıq dünyasını dəyişmişdi. Hörmət və ehtiram əlaməti olaraq, türklər onun evinin damında türk bayrağını dalğalandırmışdılar.
Vaxtilə Nargində olan türklər içərisindən gələcəkdə Azərbaycanda tanınmış Əhməd Bədi Triniç, Mustafa Camaloğlu və başqa şəxsiyyətlər çıxmışdı. 1918-ci ildə Bakıda erməni-müsəlman qırğını zamanı həmin əsir türklər Bakı şəhərinin bir çox hissəsini, xüsusən İçərişəhəri qoruyub saxladılar. Doğrudan da, necə oldu ki, ermənilər İslamiyyə binasını və bir çox yerləri yandırdılar, ancaq İçərişəhərə girə bilmədilər? O hadisələr zamanı İçərişəhərdə qala bürclərinin müxtəlif yerlərində cəmisi 6 nəfər əli silahlı türk əsir əsgəri varmış. İçərişəhər sakinləri Kəblə Cavadın, Əbdül Cabbarın, qonşuları Adam Qapanoviçin (polyak) təklifləri ilə türk əsgərləri güllələri dəmir boruların içindən atmağa başlayıblar. Bu zaman güclü səs effekti alınmış, ermənilər elə güman etmişlər ki, İçərişəhərdə topxana mövcuddur, ora girmək olmaz. Beləliklə, İçərişəhər xilas olmuşdu.
Bu hadisədən sonra həmin türk əsirlərinin bir hissəsi öz vətənlərinə qayıtmış, bir hissəsi isə yerli əhali ilə qarışaraq, ömürlük bu torpaqda qalmışdılar.
Məşədi Ələsgər 1917-ci ildə arxadan vurulan bir namərd gülləsinin qurbanı olmuşdu. Bu alicənab və xeyirxah insanın Bərməki tayfası (dağlılar) qırşısında ən böyük xidməti Dağlı məhəlləsində Dağlı məscidini tikdirməsidir. Bu məscid şəxsən onun pulu ilə hasilə gəlmişdi. Təəssüflər olsun ki, sovet dövründə o məscid sökdürülmüş, yerində hazırkı Cəfər Cabbarlı adına 161 nömrəli məktəb tikilmişdi. Heç təsadüfi deyil ki, onun cənazəsini məhz Dağlı məscidində dəfn ediblər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət