Slimfit
  1. CƏMİYYƏT

Narazı vətəndaşların hər biri… – Prokurorluqdan AÇIQLAMA

Narazı vətəndaşların hər biri… – Prokurorluqdan AÇIQLAMA
Sakura

Narazı vətəndaşların hər biri… – Prokurorluqdan AÇIQLAMA

Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazılığını ifadə edən şəxslərin hər biri Baş Prokurorluq və aidiyyəti struktur qurumlarda ayrı-ayrılıqda dəfələrlə qəbul edilərək dinlənilib və onlara hüquqları izah olunub.

Ens.Az-ın məlumatına əsasən,Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, Lalə Babaşova, Xalidə Məmmədova və Çiçək Aslanovanın şikayət etdiyi hallar üzrə hazırda aidiyyəti məhkəmələrdə cinayət işlərinə baxıldığından onlara məhkəmənin yekun qərarlarından narazı qaldıqları halda aidiyyəti üzrə yuxarı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

 

Vətəndaş Şövkət Abışovanın müraciəti üzrə daxil işlər orqanlarında aparılmış araşdırma zamanı şikayətin mülki xarakterli olması müəyyən edildiyindən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.

Bundan başqa, şikayət edən digər şəxslərə müraciətlərində göstərilən halların araşdırılaraq müvafiq qərarın qəbul ediləcəyi bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR