Narahatlıq hissinin əslində sizə müsbət təsir göstərdiyini bilirsinizmi?
Həyatınızda yolunda getməyən hadisələr haqqında müntəzəm olaraq narahatlıq duya bilərsiniz. Ancaq bir vaxtlar inandığınız həqiqətlər, əslində, doğru deyil və bu mövzuda bir çox elmi sübutlar da mövcuddur.
Böyük ehtimal ki, narahatlıq hissi duymağınızın IQ (intellektual zəka) ilə əlaqəsinin olması heç ağlınıza gəlməmişdir, ancaq, əslində, narahatlıq hissi zəka səviyyəsinin yüksək olduğunu göstərir.
Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Lakehead Universitetində Alexander Penney və komandası 126 tələbəyə narahatlıq və depressiya haqqında nə düşündüklərini soruşublar.
Yaşadıqları və yaşaya biləcəkləri hadisələrlə bağlı nə qədər narahat olduqlarını ölçməkləri üçün tələbələrə müxtəlif suallar ünvanlanıb.
Araşdırmaçılar daha sonra tələbələrin cavablarını onların imtahan nəticələri ilə qarşılaşdırıblar. Nəticələr isə olduqca maraqlıdır. Belə ki, imtahanda yüksək nəticə əldə edən tələbələrin narahatlıq səviyyəsi də yüksəkdir.
Penney şifahi zəka səviyyəsi yüksək olan insanların daha əvvəl yaşadıqları hadisələri müntəzəm olaraq beyinlərində canlandırdıqları üçün gələcəkdə ola biləcəkləri digər insanlara nəzərən daha yaxşı proqnozlaşdıra bildiklərini söyləyir. Bunu həmişə təkrarlamaq isə narahatlıq halına gətirib çıxarır.
Araşdırmanın nəticələrinə başqa nöqteyi-nəzərdən yanaşdıqda isə görürük ki, şifahi zəkası güclü olmayan insanlar qarşılaşdıqları hadisələri daha yaxşı analiz edirlər və buna görə də daha əvvəl yaşadıqları hadisələri müntəzəm olaraq düşünmədikləri üçün narahatlığa ehtiyac duymurlar.
Belə ki, daima nələrsə haqqında narahat olan insanlar bu vərdişlərinə təslim olurlar, amma əslində bunu etmələrinə heç ehtiyac yoxdur.
Hər bir halda isə daima narahatlıq hissi yaşayan insanlar üçün bu halın bir çox faydaları da var ki, onlarla gəlin, tanış olaq.
1. İnsanlarla ünsiyyəti əsla kəsmirsiniz.
Dostlarınızın həyatında baş verən hadisələrdən həmişə xəbərdar olursunuz, çünki onlara dəyər vermədiyinizi düşünmələrini istəmirsiniz. Onlar haqqında daima düşünür və necə olduqları ilə maraqlanırsınız.
2. İşləri yeklaşdıran həmişə siz olursunuz.
Müntəzəm olaraq narahatlıq hissi keçirirsinizsə, işlərinizi yeklaşdırmadan əsla rahat ola bilmərsiniz. Hətta etdiyiniz işin əlindən gələnin ən yaxşısı olmasını istəyirsiniz.
3. Hər kəs sizin necə bir insan olduğunuzu bilər.
Daima nədənsə narahatlıq duyan insanlar bu vərdişlərindən əl çəkə bilməzlər. Hisslərinizdən əsla utanmırsınız və bütün dostlarınız bu xüsusiyyətinizi yüksək qiymətləndirir.
4. Narahatlıq hissi prioritetlərinizi dəqiq müəyyənləşdirməyini təmin edir.
Hər hansı bir hadisə haqqında narahatlıq duymaq və həmin hadisəni daima fikirləşmək, əslində, həyatınızda nəyə daha çox əhəmiyyət verdiyinizi müəyyən edir. Narahatlıq hissinin vaxt itkisi olduğunu əsla düşünməyin. Çünki bu zaman etmək istədiklərinizi ardıcıl olaraq müəyyənləşdirmiş olursunuz.
5. Səhvlərdən nəticə çıxarmağınıza səbəb olur.
Eyni hadisələri daima fikirləşən və düşüncələrində canlandıran insanlar səhvlərdən ən çox nəticə çıxaran insanlardır.
Nə qədər çətin bir hadisə olursa olsun, narahatlıq hissi keçirmək onları eyni səhv qərarı yenidən verməkdən yayındırır.
Tamara Mustafayeva
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət