Slimfit
  1. SİYASƏT

Naqif Həmzəyev: Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmağa çalışırlar

Naqif Həmzəyev: Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmağa çalışırlar
Sakura

Naqif Həmzəyev: Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmağa çalışırlar

“31 may tarixində qardaş Türkiyədə bir qrup şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR-ın) İstanbuldakı ofisi qarşısında aksiya keçirərək əsassız iddialar səsləndiriblər. Aksiyadan əldə edilən video materiallardan açıq şəkildə aydın olur ki, aksiyanın iştirakçıları SOCAR-ın binasına girməyə çalışır, hətta boyalarla maddi zərər yetirirlər, Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmağa çalışırlar”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlət olduğu üçün münasibətlərində özünün prioritet maraqlarından çıxış edir: “Lakin, elə prosedurlar vardır ki, hər hansı iqtisadi və ticarət münasibətlərində dövlətlər yox, artıq fərqli şirkətlər arasındakı münasibətlər ön plana çıxır. Dünya neft bazarında dövlətlərdən çox şirkətlər ön plandadır. Azərbaycan Dövlət Neft Şirkəti də məhz nefti bu kimi treyder şirkətlərə satır və SOCAR təbi ki, həmin treyder şirkətə neftin satışını həyata keçirdikdən sonra həmin neftin hansı tərəflərə satılacağı ilə bağlı nəzarəti həyata keçirmir. Növbəti satış artıq həmin treyder şirkətlə, üçüncü tərəf arasındadır.

Bu təkcə SOCAR üçün yox, dünya bazarında neft alış və ya satışını həyata keçirən istənilən tərəf üçün keçərlidir. Bu baxımdan, SOCAR-ı və ya Azərbaycanı hər hansı satışda ittiham etməyə çalışmaq, onun nüfuzunu bu satış üzərindən ləkələmə və ya qaralama kompaniyası yürütmək Fələstin kimi həssas məsələ üzərindən Azərbaycana qarşı qurulmağa çalışılan növbəti oyundur. Lakin, bu kimi əsassız və hiyləgər addımlar heç bir nəticə verməyəcək”.

Deputat bildirib ki, Fələstin məsələsində Azərbaycanın mövqeyi ortadadır:

“Azərbaycan hər bir dövlətin ərazi bütövlüyü və siyasi suverenliyini dəstəkləyir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Fələstinə mütəmadi olaraq yardım, ələlxüsus humanitar yardım göstərərək, bütövlükdə İslam dünyası üçün örnək təşkil edir. Məsələn, 2023-cü ilin 30 mart tarixində xarici işlər naziri Ceyhun Bayramov Fələstin dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşərək, ikitərəfli münasibətlərə dair önəmli fikir mübadiləsi aparıb.

Bu görüşdə Mohammed Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi humanitar yardımlara və Fələstin məsələsinə xüsusi qayğı və diqqətinə görə öz təşəkkürünü bildirmişdi. Nəticə olaraq, Azərbaycan Fələstində Təmsilçilik Ofisi açaraq, münasibətləri bir üst səviyyəyə çıxarıb və hazırda da Azərbaycan-Fələstin münasibətləri öz əhəmiyyətini qoruyub saxlayır. Açıq şəkildə ortadadır ki, SOCAR-ın İstanbul ofisi qarşısında keçirilən aksiyada Fələstin üçün dilə gətirilən fikirlər əsassız olmaqla birlikdə sadəcə xarici siyasi ambisiyaları özündə əks etdirir”.

N. Həmzəyev əlavə edib ki, Azərbaycan uzun illərdir terrordan, işğaldan əziyyət çəkən bir dövlət olaraq beynəlxalq ictimaiyyətin gözü qarşısında 30 illik işğalı sonda hüququn gücü yox, gücün hüququ ilə sona çatdırdı:

“Hazırda isə işğaldan azad edilmiş torpaqlarda məscidlər bərpa edilir, on illərin ardından azan səsi yüksəlir, müsəlman irsi bərpa edilir. Görünür bir vaxtlar məscidlərimizdə heyvan saxlayan Ermənistana göz yuman, hətta öz dəstəyini ifadə edən tərəflər bugün növbəti oyunlar marağındadırlar. Bu kimi oyunlar isə ilk növbədə ona hesablanır ki, Azərbaycan və Türkiyə beynəlxalq aləmdəki nüfuzundan məhrum olsun və hazırda mövcud olan konfiqurasiya yenidən bu kimi hiyləgər ambsiyalı tərəflərin milli maraqları ilə uzlaşsın. Xüsusilə də bir neçə dövlət var ki, onların son bir neçə ildir xarici siyasəti azərbaycanofobiya və türkofobiya xəttindən irəli sürülür. SOCAR-ın İstanbul ofisi qarşısındakı aksiya isə bu xətt üzərindən icra olunmağa çalışılan növbəti cılız oyunun təzahürüdür. Bu baxımdan hərkəsi feyk nyuslara inanmamağa və ölkəmizin nüfuzuna zərər yetirməyə çalışılan tərəflərə qarşı xüsusilə də sosial şəbəkələrdə yayılan məlumatlar baxımından ayıq-sayıq olmağa dəvət edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR