Slimfit
  1. BİOQRAFİYA

Namiq Kamal

Namiq Kamal
Sakura

Namiq Kamal - Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim

Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir. İlk dramı olan " Vətən yaxud Silistrə" (1873) əsəri Krım müharibəsi (1853-1856) ərəfəsindəki hadisələri əks etdirir. Müəllifə uğuru əsərin hökumət əlehinə yazılması gətirib və bu səbəbdən yazıçı 38 ay müddətinə Kiprdəki Maqoz qalasında azadlıqdan məhrum edilib. Zindanda olarkən Namik Kamal "Zavallı uşaq" (1873), "Akif bey" (1874), "Gülnihal" (1875) əsərlərini yazmışdır. "Cəlaləddin, Xarəzm şahı" (1885) dramı monqol işğalına qarşı mübarizəyə həsr olunmuşdur.

 

Şeirləri:

Qitələr
Hürriyyət qəsidəsi
Vətən şərqisi
Vətən türküsü
Vətən mərsiyəsi
Lazımsa
Zövqü veslinlə keçen demlerimi yad edəyim — qəzəl
Daşlama
Vaveyla, Nohə I
Vaveyla, Nohə II
Vaveyla, Nohə III
Vətən məhzun, mən məhzun
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR