Slimfit
  1. DİN

Namazın oturuş tələb olunan hissələrində oturuş tərzi necə olmalıdır?

Namazın oturuş tələb olunan hissələrində oturuş tərzi necə olmalıdır?
Sakura

Namazın oturuş tələb olunan hissələrində oturuş tərzi necə olmalıdır?

Namazın təşəhhüd və salam hissələrində, eləcə də, səcdələrin arasında diz üstə oturmaq lazımdır. Oturuş zamanı müstəhəbdir ki, əlləri budların üstünə qoysunlar, barmaqları düz saxlayıb bir-birinə bitirşdirsinlər. Sağ pəncənin üzünü sol pəncənin altına elə qoysunlar ki, sol pəncənin üzü yerə dəysin, sağ pəncə isə onun üzərində olsun. Oturuş zamanı insanın öz ətəyinə baxması müstəhəbdir. Qaməti dik tutmaq, bədəni hərəkət etdirməmək lazımdır. Yaxşı olar ki, qadınlar namazın oturuşu zamanı budlarını bir-birinə yaxın tutsunlar, çünki bu, həyaya daha uyğundur.

Əhli-sünə məzhəbinə görə, kişilər sol ayaqları üstə oturur, sağ ayaqlarının barmaqlarını yerə dirəyib, qibləyə yönəlik halda dik tuturlar. Qadınlar isə oturmuş halda hər iki ayağı sağa tərəf yönəldirlər. Həmçinin, əhli-sünnə məzhəbində təşəhhüd zamanı sağ əlin şəhadət barmağını qabağa uzatmaq və endirib-qaldırmaq müstəhəb sayılır.

 

Mənbə : İslam.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR