Namaz qılmaq istəyən nazirə yer vermədi: “Bura Allahın evidir”
Türkiyədə maraqlı hadisə baş verib.
“Yeni sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tükiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum cümə namazı qılmaq üçün getdiyi məsciddə gözləmədiyi reaksiya ilə qarşılaşıb. Vətəndaşlardan biri müftinin yanında namaz qılması planlaşdırılan nazirə yerini vermək istəməyib. 75 yaşlı Bilal Göbeloğluya “Nazir gələcək, sən arxaya keç” deyilsə də, kişi yerindən qalxmayıb.
“Bura Allahın evidir. Mən həmişə burda namazımı qılıram, kim gəlirsə gəlsin, yerimdən tərpənməyəcəm” – deyən yaşlı kişi nazir gəldikdən sonra da dediyindən dönməyib. O, Murat Kurumu tanımadığı üçün onun nazir olduğuna inanmayıb.
B.Göbeloğlu daha sonra jurnalistlərə açıqlamasında nazirlə söhbətindən danışıb:
"Tanımadığım üçün ondan iki dəfə nazir olub-olmadığını soruşdum. O da ekologiya naziri olduğunu dedi. Mən isə bizim məhəllədəki türbəni təmir etdirməyini istədim. O da mənə kartvizitini verdi və ona zəng edə biləcəyimi dedi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət