Slimfit
  1. MARAQLI

Nağılların və cizgi filmlərinin bilinməyən tərəfləri

Nağılların və cizgi filmlərinin bilinməyən tərəfləri
Sakura

Nağılların və cizgi filmlərinin bilinməyən tərəfləri

Uşaq ikən nənə-babamızdan eşitdiyimiz nağıllar və baxdığımız cizgi filmlərinin sonu bizə göstərilən və danışılan kimi olmayıb.

Gencaile.az” dillər əzbəri olan nağılların və cizgi filmlərinin gerçək hekayəsini təqdim edir.

 

Pinokio heç vaxt uşaq olmayıb.

Pinokio Karli Kaloddi tərəfindən yazılan orijinal versiyada Geppeto onu oyandan sonra evdən qaçır. Tutulandan sonra isə Gepettonu şərləyib, həbs etdirir. Hekayənin sonunda Pinokio dar ağacına məhkum edilir. İllərdir onun uşaq olaraq həyatında davam etdiyini düşünsək də, əslində, gerçək belədir.

 

Rapunzel hamilə olub və övladını qüllədə tək dünyaya gətirib.

Əslində, bir xristian hekayəsi olan Rapunzeldə baş qəhrəman olan xanım şahzadənin tez-tez qalaya gedib-gəlməsindən sonra hamilə qalır. Bunu öyrənən şahzadə bir daha qalaya baş çəkmir. Rapunzel isə övladını tək dünyaya gətirmək məcburiyyətində qalır.

 

Sindirellanın bacıları ayaqlarını ayaqqabıya sığdırmaq üçün barmaqlarını kəsiblər.

Perraultun həyat verdiyi Sindirella, əslində, o qədər saf və mərhəmətli deyil. Ögey bacılarının barmaqlarının kəsilməsinə göz yuman Sindirella şahzadənin bunu öyrənəndən sonra onların gözünü çıxarmasına da səssiz qalır. Nəticədə bacıları kor dilənçilər olaraq ömürlərinin qalanını küçədə keçirirlər.

 

“Ağbəniz” hekayəsinin sonunda pis qəlbli kraliça qızdırılmış dəmir ayaqqabılarla ölənədək rəqs etdirilib.

Hekayənin Disney versiyasında kraliça ovçudan Ağbənizin ürəyini istəyir. Ovçu isə onu öldürməyə qıymayıb, donuzun qanlı ürəyini kraliçaya aparır. Ancaq orijinal versiyada isə kraliçanın istəyi Ağbənizin ciyərlərini bişirib, şam yeməyində hər kəsə servis etməkdir. Lakin onun bu istəyi özünün cəzalandırılması ilə yekunlaşır.

 

Qurbağanın şahzadəyə çevrilməsi öpüləndən sonra yox, divara çırpılandan sonra baş tutub.

Qurbağa nağılın orijinal versiyasında şahzadəni aldadır, onunla müqavilə bağlayır. Getdikcə istəkləri artan qurbağa şahzadə ilə yatmaq istəyir. Şahzadə buna əsəbiləşir və qurbağanı divara çırpır. Həmin an isə qurbağa şahzadəyə dönüb, yaraşıqlı bir oğlan olur.

 

Qırmızıpapaq nağılın əsl versiyasında ölür.

Canavar kiçik qızı yeyəndən sonra odunçunun gəlib qarnını yarması məsələsi sonradan uydurulub. Əslində, canavar Qırmızıpapağı yeyəndən sonra  nağıl bitir.

 

Şahzadə Yatan gözələ təcavüz edib və o, yuxusunda hamilə qalıb.

Yatan gözəlin, əslində öpülərək oyandırıldığı və ölənədək xoşbəxt olması orijinal versiyaya aid deyil. Zəhərli bir iynə ilə yatırılan gözələ şahzadə təcavüz edir. Əkizlərini yuxuda olarkən dünyaya gətirən qızı uşaqlarından biri barmağındakı zəhəri sovuraraq oyandırır.

 

“Qızılı saçlı qız”ın da sonu yaxşı bitmir.

Ayılar qızın evlərinə girib yemək yediyini, yataqlarında yatdığını görəndən sonra qızı yeyir. Digər versiyada isə pəncərədən aşağı atırlar.

 

İtən uşaqların lideri olan Piter Pen böyüməyə başlayan uşaqları öldürürdü.

Piter Pen müəyyən yaşa çatmış uşaqları qətlə yetirirdi. İddiaya görə, Kapitan Huk da bir vaxtlar Piter Penin əlindən qaçmağı bacaran uşaqlardan biri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR