Dərc edildi: Baxış sayı: 242
Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb
Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K.Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100 min rus rublu məbləğində nağd pulu (1820 AZN) valyuta mübadiləsi etməsi üçün verdiyini lakin sonuncunun pulu geri qaytarmadığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən, Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət