Slimfit
  1. GÜNDƏM

“Naftalan” tankeri əsaslı təmir olunub

“Naftalan” tankeri əsaslı təmir olunub
Sakura

“Naftalan” tankeri əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Naftalan” tankeri əsaslı təmir olunub.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtəsi tam təmizlənərək rənglənib.

Baş mühərriklər təmir olunub, köməkçi mühərriklər isə yeniləri ilə əvəzlənib.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb, yeni borular quraşdırılıb, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Naftalan” gəmisinin uzunluğu 125,06 eni 16.63 metr, tam yükgötürmə qabiliyyəti 4600 tondur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR