Dərc edildi: Baxış sayı: 485
Nadir hallarda rast gəlinən xəstəliklər üçün olan bu dərmanlar Azərbaycanda da olacaq
Səhiyyə Nazirliyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib.
Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na 2 yeni dərman adı əlavə edilib. Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%).
Bu əlavələr edildikdən sonra siyahıdakı dərman adlarının sayı 103-ə çatdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət