Slimfit
  1. MARAQLI

Naadam - Kişilərin üç oyunu

Naadam - Kişilərin üç oyunu
Sakura

Naadam - Kişilərin üç oyunu

Naadam (monq. Наадам)- Monqolustanda ənənəvi festival. Bu festival yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır. Oyun əsasən Monqol güləşi, at yarışları və komanda oxatmalarıüzrə yay aylarında keçirilir. 2010-cu ildə Naadam festivalı UNESCO-nun Ümumidünya mədəni irsi siyahısına daxil edilmişdi

Ən böyük festival (Milli Naadam) 11-13 iyun arası Monqolustanın paytaxtı Ulan-Batordakı Milli İdman Stadionunda keçirilir. Festivalrəqqasələrin, idmançıların, atçıların və musiqiçilərin ətraf tanışlığı ilə başlayır. Açılış mərasimi bitdikdən sonra yarışlar başlayır. Yarışlar əsasən at yarışlarıdır.

Naadam monqolların ən qədim tamaşa festivalı olmaqla əsrlər boyu yaşadığı hesab edilir. Bu festival ilə 1921-ci il Monqolustan inqilabı yad edilir. Naadam da yeni dövlətin nailiyyəti qeyd edilir. Naadam 1930-cu ildə sekulyarlaşmaya qədər Buddistlərin və Şamanların bayramı kimi qeyd olunurdu.

Üç oyun

Güləş

512 və ya 1024 nəfər sərbəst güləşçi doqquz və ya on tur davam edən ələməli turinirdə görüşürlər. Monqol güləşində güləşçilər əlləri ilə və bədəni ilə rəqiblərini toxunuşlarla yıxmağa çalışırlar. Yarışlarda güləşçilər öz rəqiblərini seçə bilirlər. Güləşçilər geyimləri qısa şalvar və çiyinə atılan paltardır. Yarışlarda yalnız kişilər iştirak edə bilərlər.

At yarışı

Naadam festivalında monqol atları 15-30 km-lik məsafədə yarışırlar. Yarışın uzunluğu atın yaşına əsasən təyin edilir. Məsələn, iki yaşlı atlar üçün 10 mil, 7 yaşlı atlar üçün isə 17 mil məsafə təyin edilir. Ölkənin istənilən hissəsindən 1000 at yarış üçün seçilə bilər. Yarış atları xüsusi pəhrizdə saxlanılır.

Komanda oxatması

Bu yarışda 10 komanda iştirak edir. Komanda üzvləri həm kişilər,həm də qadınlar ola bilər. Hər komanda oyunçusuna 4 ox verilir. Kişilər 75 metrdən, qadınlar isə 65 metrdən ox atırlar. Ənənəvi olaraq komandalar müsabiqə zamanı milli geyim geyinirlər.

 

Mənbə: Wikipedia

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR