Slimfit
  1. MƏDƏNİYYƏT

Muzeylərin onlayn təqdimatları davam edir

Muzeylərin onlayn təqdimatları davam edir
Sakura

Muzeylərin onlayn təqdimatları davam edir

Azərbaycan Milli Xalça Muzeyi virtual məkanda – rəsmi saytı və sosial şəbəkə səhifələri üzərindən müxtəlif layihələr həyata keçirir.Ens.az SİA-ya istinadən xəbər verir ki, bu günlərdə “Xalça ədəbiyyatda” adlı rubrikada atalar sözləri və tapmacalarda ip əyrilməsi və xalça toxunması üçün istifadə edilən alətlərin (cəhrə, həvə, kirkit və s.) necə təsvir edilməsi ilə bağlı məlumat paylaşılıb və bir çox izləyicilər tərəfindən bəyənilib.

Muzey, həmçinin erməni vandalizmi nəticəsində keşməkeşli tarixçəsi olan “Muğan” xalçası ilə bağlı məlumatları da təqdim edib. Xalça ixtisasca həkim olan Afət Səfərovanın ailəsi tərəfindən 2017-ci ildə muzeyə hədiyyə edilib. Orta əsrlərdən bəri tanınan, Avropa sənətkarlarının rəngkarlıq əsərlərində təsvir olunan bu məşhur kompozisiyanın maraqlı nümunəsi bir neçə dəfə məhv olmaqdan xilas edilib. Uzun illər keçsə də, xalça Afət xanımın ailəsi üçün ən qiymətli əşya olaraq qalıb və bu gün Azərbaycan Milli Xalça Muzeyində qorunur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi də “Muzeyin inciləri” rubrikasında maraqlı nümunələr təqdim edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR