Slimfit
  1. AZƏRBAYCAN

Muzeylərə, kitabxanalara vətəndaşların girişi məhdudlaşdırılıb - Rəsmi

Muzeylərə, kitabxanalara vətəndaşların girişi məhdudlaşdırılıb - Rəsmi
Sakura

Muzeylərə, kitabxanalara vətəndaşların girişi məhdudlaşdırılıb - Rəsmi

“Ölkə ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən təxirəsalınmaz tədbirlər davam etdirilir. Paytaxt ərazisində, eləcə də regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalara ziyarətçilərin, oxucuların girişi məhdudlaşdırılıb”. 

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

Onun sözlərinə görə, nazirliyin tabeliyində olan bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya tədbirləri davam etdirilir:

“Martın 3-də Mədəniyyət nazirinin verdiyi əmrə əsasən, nazirliyin tabeliyində olan təhsil müəssisələrində təhsil prosesi müvəqqəti olaraq dayandırılıb. Artıq ayın 6-da verilən növbəti əmrə müvafiq olaraq isə infeksiyanın mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib. Nazirliyin tabeliyində olan müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür, qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ölkələrə ezamiyyətlərin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qabaqlayıcı tədbirlərin effektivliyini artırmaq məqsədilə martın 12-də növbəti əmr imzalanıb. Müvafiq əmrə görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, regional mədəniyyət idarələrinin və mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlar əsasında sözügedən müəssisələrdə iş planlarına yenidən baxılması, sənədləşmə və kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi, internet saytlarının zənginləşdirilməsi, sosial şəbəkələrdəki fəaliyyətin təşviqi, statistik göstəricilərin, hesabatların, maliyyə sənədlərinin yoxlanılması, tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi məqsədilə məktəblərin və müəllimlərin iş planlarında müvafiq dəyişiklikərin edilməsi, müəllimlərin uşaq musiqi və incəsənət məktəblərinin tədris portalından intensiv istifadəsinin təşviq edilməsinə dair göstərişlər verilib. Eləcə də, teatr-tamaşa-konsert müəssisələrində yaradıcı heyətin məşq proseslərinin müvafiq qaydada tənzimlənməsi, cari təsərrüfat problemlərinin həlli üçün tapşırıqlar verilib”.

İ.Hümbətov onu da qeyd edib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal prosesində planlaşdırılmış kütləvi səhnələrin çəkilişlərinin müəyyən müddətə təxirə salınmasının, eyni zamanda  “Nizami” Kino Mərkəzinin böyük zalının bağlanması ilə əlaqədar olaraq iki kiçik zalına nəzarətin gücləndirilməsinin və davamlı şəkildə sanitar-profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:

“Muzeylərdə veb-saytların yenilənməsi, sənədləşmə, fondların təkmilləşdirilməsi və muzey işinin təhlili istiqamətində tədbirlər həyata keçirilməsi, elmi-tədqiqat, bərpa işlərinin və muzey ekspozisiyalarının internet üzərindən virtual olaraq təqdim olunması, habelə fərdi ustad dərsləri və mühazirələrin canlı yayım vasitəsi ilə ictimaiyyətə təqdim olunması tapşırılıb.

Kitabxanalarda kitab və köməkçi fondların yoxlanılması, fondların inventarizasiyası, kataloq və kartotekaların redaktə, təmizlənmə və qaydaya salınması, biblioqrafiyanın və elektron məlumat bazalarının tərtibi, virtual kitabxana xidmətlərinin təkmilləşdirilməsi tapşırılıb. Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR