Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Müzakirədən keçmiş dissertasiyalar geri qaytarılıb: Elm adamlarından etiraz

Müzakirədən keçmiş dissertasiyalar geri qaytarılıb: Elm adamlarından etiraz
Sakura

Müzakirədən keçmiş dissertasiyalar geri qaytarılıb: Elm adamlarından etiraz

Uzun illərdir ki, ölkəmizdə elmi ad almaq istəyənlərin çoxu Ali Attestasiya Komissiyasının dəhlizlərində qarşılaşdıqları haqsızlıqdan dolayı bu istəkdən vaz keçirdilər. Elmi araşdırmalar, arxivlər və kitabxanalardan yorulmayan adamlar bu qurumun haqsızlığından yorulurdular.

Ölkədə başlanılan hərtərəfli islahatların bu qurumdan da yan keçməyəcəyi, bu sahədə də ciddi irəliləyişlərin olacağı elm adamlarının ən böyük gözləntisidir. Təhsil sahəsindəki yeniliklər bu gözləntiləri daha da gücləndirir.

Amma fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların yenidən ilkin müzakirəyə qaytarılması qərarı bir çox gənc alimin narazılığına səbəb olub.

Məlumat üçün bildirək ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən 11 iyun 2018 – 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa bütün dissertasiyalar yenidən ilkin müzakirədən keçirilməli, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu, o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar yenidən verməlidir, çünki  Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb. (Azərbaycan Dillər Universitetində sonuncu seminar 2018-ci ilin dekabr ayının 7-də keçirilib).

Belə görünür ki, iddiaçılar şura bağlı olduğuna görə bir il gözləyib, bir il də yenidən seminarın növbəsini gözləməli olacaqlar. Onların diplom almaları isə qeyri-müəyyən vaxta çəkəcək.

Qərarda deyilir ki, 2019‐cu il 11 iyun tarixində qəbul edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla sonuncu mərhələ (ilkin müzakirə və ya seminar) yenidən verilməlidir. Bu Əsasnaməyə görə bəzi iddiaçılar təkrarən ilkin müzakirəyə, bəziləri isə seminara salınmalıdır.

Əsasnamə ən sonuncu seminarı verən iddiaçıdan ən azı altı ay sonra qəbul olunub. Xeyli sonra qoyulan qaydalara uyğunlaşıb işləri təkrar müzakirə və ya seminardan keçirmək isə absurddur. Əslində yeni qaydalar yeni doktorant və dissertantlara şamil edilməlidir, əvvəlkilərə yox.

Əsasnamənin təsdiq edilməsi barədə ölkə Prezidentinin 11 iyun 2019‐cu il tarixli fərmanında deyilmir ki, qüvvəyə mindiyi andan öncəyə də şamildir. Həmçinin burada hansı tarixdən bəri qəbul olunmuş doktorant və dissertantlara şamil  olunduğu göstərilmir.

“Yeni əsasnamənin 2.20 bəndinə əsasən beynəlxalq elmi tədbirlər üzrə məruzə və tezislərin azı biri xaricdə  dərc olunmalıdır. Bunu seminarsız da etmək olar. Yeni Əsasnamənin 3.18. bəndinə əsasən avtoreferatlar iki dildə, Azərbaycan və ingilis dilində çap edilməlidir.

Dissertasiyanın məzmunu, elmi məsələləri dəyişməyibsə, eyni şeyi yenidən müzakirə etməyin nə mənası var?

Həmişə seminarda səslənən qüsurlar iş müdafiəyə təqdim edilməmişdən öncə aradan qaldırılıb. Yenidən seminar keçiriləcəksə, onda daha müdafiəyə nə ehtiyac qalacaq?

Təkrar müzakirələrin kimə faydası var?.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR