Slimfit
  1. AZƏRBAYCAN

“MUZ-TV”də Bakıya həsr edilən növbəti süjet yayımlanıb

“MUZ-TV”də Bakıya həsr edilən növbəti süjet yayımlanıb
Sakura

“MUZ-TV”də Bakıya həsr edilən növbəti süjet yayımlanıb

“MUZ-TV”nin “Göndərişsiz məzuniyyət” səyahət proqramının aparıcısı Andrey Razıqrayev verilişin Bakıya həsr etdiyi növbəti buraxılışında Azərbaycan paytaxtının ecazkar məkanlarından bəhs edib.

AZƏRTAC xəbər verir ki, rusiyalı aparıcı Bakının gözəlliyinə məftunluğunu Qız qalasından görünən şəhərin füsunkar mənzərəsi qarşısında “ağlını itirərək” özünü aşağı atmağa hazır olduğu sözləri ilə ifadə edib.

A.Razıqrayev Bakıda gəzintiyə çıxmazdan əvvəl şəhərin ən gözəl məkanları haqqında Azərbaycanın Xalq artisti Emin Ağalarovdan məlumat almağı qərara alıb.

“Bakı bulvarını mütləq getməlisən. Bu məkan bütün bakılıların ilk görüş yeridir. Qız qalasına da qalxmaq, oradan şəhərin ecazkar mənzərəsini seyr etmək lazımdır", - deyə E.Ağalarov aparıcıya tövsiyə edib.

Bakı məzuniyyətinə Yanardağdan başlayan Razıqrayev, oradan funikulyora, Şəhidlər xiyabanına, paytaxt bazarlarının birinə, Dənizkənarı bulvara, çimərliyə və digər məkanlara baş çəkib. Paytaxtın “Köhnə şəhər” hissəsi ilə tanış olan aparıcı təəssüratlarını bölüşüb: “Əgər şəhərdə “Köhnə şəhər” varsa, demək onun ruhu və qəlbi də var. Meqapolisin necə böyüdüyü və müasir görkəm aldığı mühüm deyil. Çünki qədimdən qalan kiçik bir parça ağacın kökü kimi tarixin bütün möhtəşəm gövdəsini və budaqlarını qoruyur. İçərişəhər mənim reytinqimdə tamamilə əlçatmaz zirvədir”.

Proqramın sonunda aparıcı etiraf edib ki, Bakını əsl "zaman maşını" kimi kəşf edib və burada “Köhnə şəhər”dən monumental gələcəyə cəmi bir addımdır. Əlavə edib ki, bu şəhər onun yaddaşında həmişəlik qalacaq.

Proqramın videoyazısı aparıcının "YouTube" kanalında yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR