Slimfit
  1. DÜNYA

Müxtəlif ölkələrdə qadağan olunmuş ərzaqlar

Müxtəlif ölkələrdə qadağan olunmuş ərzaqlar
Sakura

Müxtəlif ölkələrdə qadağan olunmuş ərzaqlar

Bir ölkədə qadağan olunan qida əlavələri digərində təhlükəli hesab edilməyə bilər. Biz yerli mağazalarımızda da sağlamlığımıza zərərli ola biləcək yetəri sayda ərzaq tapa bilərik. Daha bir narahatlıq yaradan məqam isə gündəlik istifadə etdiyimiz ərzaqların belə bəzən yetərincə təhlükəsiz olmamasıdır.

Qafqazinfo” sizə dünyanın müxtəlif ölkələrində istifadəsi qadağan olunmuş ərzaqların siyahısını təqdim edir:

Toyuq

1997-ci ildən Avropada və Böyük Britaniyada xlorla yuyulan toyuqların istifadəsinə qadağa qoyulub. Onların xlorla yuyulmasının səbəbi isə müxtəlif xəstəliklərin qarşısını almaqdır. 2010-cu ildə Rusiyada da eyni qadağa tətbiq edilib.

Buğdalı baton

Buğdalı batonlar, yulaf lopaları və digər buna oxşar vitamin və minerallarla zəngin ərzaqlar bütün dünyada xeyirli sayılır. Danimarkada isə bu ərzaqlar qadağan edilib. Belə ki, ölkənin Baytarlıq və ərzaq idarəsinin məlumatına görə, onların tərkibindəki toksiki maddələr müntəzəm istifadədə uşaqların qaraciyər və böyrəklərinə zərərli təsir göstərə bilər.

Soya sousu

Yetişdirilmiş bütün soyaların 82%-i geni dəyişdirilmişdir.  GMO-nun insan orqanizmninə təsiri tamamilə öyrənilməsə də, onun istifadəsi bəzi Avropa ölkələrində, Rusiyada, eləcə də Fars körfəzi ölkələrində qadağan edilib. Bundan əlavə, soya sousunun tərkibində təhlükəli kanseroqen etilkarbamat da ola bilər.

Ət

İri buynuzlu heyvan, donuz və hind toyuğu ətinin istehsalında əksər hallarda raktomapindən istifadə olunur. Bu hormon heyvanın çəkir artmasını sürətləndirir. Alimlər hesab edir ki, bu ət insanlar üçün zərərli olması ilə yanaşı ürək-damar xəstəliklərinə də yol aça bilər. Raktopaminli ətin istifadəsi, Avropa ölkələri, Çin və Rusiya daxil olmaqla, 160 ölkədə qadağan edilib.

Çipslər

Kartof çipsləri və “olestra” (sintetik yağ əvəzləyicisi) ilə istehsal edilən çipslər Kanadada və Avropada qadağan edilib. Bu qida əlavəsi mədə xəstəliyinə gətirib çıxara bilər. “Olestra” daha çox “light” qeydi ilə satılan kartof çipslərinin hazırlanmasında istifadə olunur.

Alma

ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən yoxlama nəciəsində, almaların 80%-nin tərkibində difenilaminin (DPA) olması ortaya çıxıb. Bu maddə onların daha uzun müddət təravətli qalmasına və bütün dünya ölkələrinə satılmasına əlverişli şərait yaradır. Xərçəng yarada biləcək DPA Avropada zərərli maddə hesab edilir və bu səbəbdən burada həmin almaların istifadəsi 2012-ci ildən qadağan edilib.

Jeleli konfetlər

Avropa komissiyasının məlumatına görə, balaca fincanlarda satılan jeleli konfetlər uşaqlar üçün həddindən artıq təhlükəlidir. Bu şirniyyat növü Avropada, Avstraliyada və digər ölkələrdə qadağan edilib.

Çörək

Tərkibində azodikarbonamid (ADA, E927) olan çörək Avropada və Avstraliyada qadağan edilib. Ağ unun hazırlanmasında istifadə olunan ADA ərzaqların daha uzun müddət təravətli qalmasına kömək edir. Bu qida əlavəsi allergiyaya və astmaya səbəb ola bilər.  

Tez hazırlanan kartof püresi

Tez hazırlanan kartof püresinin istehsalında çox vaxt butinqidroksianizol (BHA, E320) istifadə olunur. Sağlamlıq institutları bir neçə araşdırmalardan sonra həmin konservantın insan orqanizmi üçün zərərli olduğunu açıqlayıblar. BHA-nı mayonez, dondurulmuş şorba və ərzaqların tərkibində tapmaq olar. Bu maddə Yaponiyada və bəzi Avropa ölkələrində qadağan edilib.

Marqarin

Trans yağların istifadəsi maddalər mübadiləsinin pozulmasına, yüksək qan təzyiqinə və ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Trans yağlar daha çox marqarinin tərkibində (15%) yer alıb. Trans yağlar Kanada, Danimarka və İsveçrədə qadağan edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR