Slimfit
  1. CƏMİYYƏT

Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir?

Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir?
Sakura

Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir?

Koronavirus pandemiyası daşınmaz əmlak bazarında müştərilərin çoxillik meyllərini dəyişməyi bacarıb. Amma ən bahalı sahələr hələ də Avropa, Avstraliya və ABŞ-dadır.

Aylıq mənzil kirayələmək oteldə gündəlik otaq kirayələməkdən sərfəlidir. İş və ya təhsil yerinin yaxınlığında mənzil kirayə etmək isə daha praktikdir. Bir çox ölkələrdə isə mənzili çoxillik icarəyə götürmək onu almaqdan əlverişli sayılır. Çünki borca girib mənzil almaq baha başa gəlir, onun illik vergiləri də böyük həcmdədir.

Məsələn, açıq mənbələrin məlumatına görə, sahəsi 50 kvadratmetrə yaxın olan kiçik bir mənzili icarəyə götürmək İsveçrədə orta hesabla 1500 ABŞ dollarına, Avstraliyada və Böyük Britaniyada bundan bir qədər aşağı qiymətə, Şərqi Avropa ölkələrinin şəhərlərində isə 700-900 dollara başa gələcək. Azərbaycanda isə ikiotaqlı mənzili kirayələmək orta hesabla 280 dollara başa gəlir.

Koronavirus pandemiyası həyatın bu sahəsinə də müəyyən düzəlişlər edib. Ümumi özünütəcridin fonunda mənzillərə olan tələb və qiymətlər dəyişib. Əgər əvvəllər insanlar vaxta və pula qənaət etmək üçün iş və təhsil yerlərinə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirdilərsə, indi karantin dövrünü daha rahat şəraitdə ailəsi ilə birlikdə keçirmək üçün mənzərəli bir ərazidə həyətyanı sahəsi olan evlərə üstünlük verirlər.

Belə əhval-ruhiyyə şəhərkənarı evlərin nisbi bahalaşması fonunda şəhərin mərkəzindəki evlərin qiymətlərinin düşməsinə gətirib çıxarıb.

Dünyada baş verən ümumi tendensiya Azərbaycandan da yan keçə bilməzdi. Xüsusilə, kirayə qiymətlərinin kəskin bahalaşması Bakı ətrafındakı evlərin qiymətlərində hiss olunur. Şəhər əhalisi karantinlə əlaqədar bölgələrə getmək imkanı olmadığından, ailəsi ilə daha təhlükəsiz yerlərə getmək, açıq havada istirahət etmək üçün optimal variantlar axtarırlar. Ekspertlərin qiymətləndirməsinə görə, son aylardakı karantin dövründə paytaxtın sahilyanı qəsəbələrində mənzillərin dəyəri 2,7% artıb.

Dünyanın ən bahalı şəhər və küçələrində evlərin bir kvadratmetrinin və icarə haqlarının məbləği barədə daha ətraflı məlumatı aşağıdakı infoqrafikadan əldə edə bilərsiniz.

 

 

Mənbə: SİA

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR