Slimfit
  1. TƏBİƏT

Müxtəlif heyvanlar dünyanı necə görürlər?

Müxtəlif heyvanlar  dünyanı necə görürlər?
Sakura

Müxtəlif heyvanlar dünyanı necə görürlər?

Əgər biz pişiklərin, balıqların və ya arıların gözü ilə dünyaya baxsaydıq, çox təəccüblənərdik.  Hər bir heyvan dünyanı fərqli qəbul edir.  Bəzi heyvanlar isə bizim ümumiyyətlə görmək iqtidarında olmadığımız şeyləri belə görə bilirlər!

Bəs heyvanlar eyni dünyanı necə görürlər?   Niyə fərqli görmə qabiliyyətinə malikdirlər? Gəlin  dünyaya onların gözləri ilə baxmağa çalışaq.

Pişiklər

İnsanın  (yuxarı) və pişiklərin görmə (alt) qabiliyyətinin müqayisəsi

Pişiklər hər zaman  ev heyvanı olmayıblar.  Vəhşi təbiətdə yaşayan digər yırtıcılar kimi, gecə  həyat tərzi keçiriblər və təkamül zamanı ona uyğunlaşıblar.

Onların gözlərinin torlu qişasının xarici qatları insanlara nisbətən 8 dəfə çoxdur.

Məhz bu qatlar  qaranlıqda yaxşı görməni təmin edir.  Göz bəbəyi isə  14 mm-ə qədər genişlənə bilir ( insanda isə cəmi 8 millimetrə qədər).

Bu heyvanlar boz rəngin çalarlarını çox yaxşı fərqləndirə bilirlər. Belə ki, onların  gözləri boz rəngin 25-ə qədər fərqli çalarını  ayırd etmək qabiliyyətinə malikdir. Axı pişiklərin qurbanları əsasən  boz və qəhvəyi çalarda olan heyvanlardır: bunlar sərçələr,  siçanlardır.

Onlar gün ərzində çox yaxşı görməsələr də, gecə vaxtı  əla görürlər!

Balıqlar

Balıqlar yaxın və yalnız qısa məsafədə çox yaxşı görürlər. Yaxınlıqdakı obyektlər onlara bizdən daha böyük görünür.  Balıqlar insanlarla demək olar ki, eyni rəngləri fərqləndirə bilir və bəzi növləri ultrabənövşəyi işığı belə  görə bilmə qabiliyyətinə malikdir.

Bir çox balıq növündə gözün damarlı qişası əlavə hüceyrə qatına (taletum) malikdir. Bu qat quanin kristalları ilə zəngindir.  Onun sayəsində işıq torlu qişaya nüfuz etmir.  Bununla, balıq az işıq  şəraitində daha yaxşı görür.

Bayquşlar

Bayquşlar gecə vaxtı yırtıcı olurlar və gözləri qaranlıqda  insanlardan daha  yaxşı görür.

Bayquş gözlərinin özünə xas  xüsusiyyətləri var.  Onlar normal halda basqa heyvanlar kimi gözlərini  hərəkət  etdirə  və yana  baxa bilmirlər . Ancaq bayquşlar çox çevik boyuna malikdirlər və bunun sayəsində başlarını 200 dərəcə döndürə  bilirlər.  Möhtəşəmdir!

Bayquşlar uzaq  məsafəni olduqca yaxşı görə bilirlər. Lakin  yaxın məsafədəki əşyaları  ayırd etmək onlar üçün  demək olar ki, qeyri- mümkündür.  Onların üç göz qapağı var: biri göz qırpmaq, digəri yuxu üçün, üçüncüsü isə gözdə təmizliyin saxlanması  üçündür.

Arılar

Bu böcəklərin görmə qabiliyyəti insandan çox fərqlidir. Başın yan tərəfində bir cüt iri mürəkkəb gözlər bir neçə min xırda gözcüklərdən ibarətdir. Başın üst hissəsində əlavə olaraq üçbucaq şəklində yerləşən üç sadə göz də var. Gözlər təxminən 6000 hüceyrədən ibarətdir.  Buna görə də, onların gözündə dünya çoxlu oxşar nöqtələr kimi görünür.

İnsanlar ətrafdakı rəngləri 390 ilə 750 nanometr (bənövşəyi rəngdən qırmızıya qədər), arılar isə 300 ilə 650 arasında görürlər. Bu o deməkdir ki, qırmızı rəngi görmək qabiliyyətinə malik deyillər, ancaq insanların gözü üçün əlçatmaz ultrabənövşəyi işığı seçə bilirlər. Bunun sayəsində çiçəkli nektar az olanda belə arılar onu tapa bilir.

Arılar  ətrafda baş verənləri yavaşladılmış hərəkətdə görürlər.  Buna görə, sürətli hərəkətləri çox aydın və ətraflı şəkildə tanıyırlar.

Milçək

Göz quruluşu müəyyən qədər arılarınkına bənzəyir. Nə vaxtsa bu zirək həşaratı qəfil tuta bilmisiniz? Yəqin ki bu hər dəfə alınmayıb. Çünki   milçəyə vəziyyəti qiymətləndirmək üçün saniyənin bir neçə hissəsi kifayətdir.

Göz hüceyrələri arılarla müqayisədə az olsa da, milçəklər daha çevikdirlər. Görünür, dünyanı da bu cür görürlər.

Dünyanı fasiləsiz bir video kimi görməyimizə baxmayaraq, beynimiz hər saniyədə müəyyən sayda kadırı bir görüntüdə toplayır.  Bunu kameralardakı tezlik adlandırmaq olar.

Adi şəraitdə bizim görməyimizin tezliyi saniyədə 60-dan 80-ə qədərdir. Bu say  tısbağalarda15, milçəkdə isə 250-dir!  Onların görmə surəti bizdən dəfələrlə çoxdur.

Odur ki, onları vurmaq üçün başları üzərinə qəzeti qaldıranda bunu dərhal anlayır və sakitcə uçub gedirlər.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR