Slimfit
  1. AZƏRBAYCAN

Muxtar respublikada ekoloji tədbirlər diqqət mərkəzindədir

Muxtar respublikada ekoloji tədbirlər diqqət mərkəzindədir
Sakura

Muxtar respublikada ekoloji tədbirlər diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xal-xal, Şonqar, Nehrəm Gölaltı, Uzunoba, Rüstəm meşələrində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında, Uzunoba gölü ətrafında, püstə bağı ərazisində, yaz mövsümündə əkilən ərazilərdə aqrotexniki tədbirlər davam etdirilib, suvarma və becərmə işləri aparılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən ay 2 min kiloqramdan çox meyvə, meşə, həmişəyaşıl və gül toxumları tədarük edilib, payız əkinlərinin aparılmasına hazırlıq işləri görülüb.

Meşələrdə və digər təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşələrə, yaşıllıqlara yaxın yaşayış məntəqələrində əhali ilə görüşlər keçirilib, maarifləndirici söhbətlər, təbiətə olan mənfi təsirlərin qarşısının alınması üçün 13 yoxlama-reyd aparılıb. Həmçinin istifadə edilən suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması və standartlara uyğunluğunun öyrənilməsi məqsədilə 9 monitorinq-yoxlama keçirilib.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar qida ehtiyatının yaradılması, meşə fondu ərazilərindən biçilmiş otların toplanaraq anbarlaşdırılması, daşduz ehtiyatının yaradılması, eləcə də payız əkin mövsümünə hazırlıq və digər tədbirlərin icrası davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR