Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri
Muxtar Babayev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən seçilmiş IV çağırış millət vəkili.
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Ailəlidir, 2 övladı var.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən 2018-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2018-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir.
Mükafatları:
- 19.09.2012 — "Tərəqqi" medalı
- 07.11.2017 — "Şöhrət" ordeni
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət