Slimfit
  1. AZƏRBAYCAN

Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edəcək

Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edəcək
Sakura

Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Goranboy, Ağdaş, Yevlax, Gəncə, Mingəçevir və Naftalan rayonlarının vətəndaşları iştirak edə bilərlər. 

Oktyabrın 26-sı saat 09.30-da keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az ə ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-366-05-04, 050-310-89-90, 022-253-04-48) xahiş olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR