Dərc edildi: Baxış sayı: 535
Muxayıl Göyçəli - Neyləyim
Bir quş idim bu dağların sərində,
Qarşı gəldim qəfil sara, neyləyim?
Vədə verdik, ilqar qoyduq bu yaza,
Düz olmadın bu ilqara, neyləyim?
Xurşud şöləsi tək dağdan üzülüb,
Qəmdən sədəf sinəm üstə düzülüb.
Mənim də taleyim belə yazılıb,
Sinəmdə alışır nara, neyləyim?
Çox görmüşəm beyvəfanı dünyada,
Qazanmışam din-imanı dünyada.
Muxayıl bəsdiyib canı dünyada,
Sində də qismətdi mara, neyləyim?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət