Slimfit
  1. PSİXOLOGİYA

Müvəffəqiyyətə nail olmuş insanların 10 qaydası və ən yaxşı olmağın 15 yolu

Müvəffəqiyyətə nail olmuş insanların 10 qaydası və ən yaxşı olmağın 15 yolu
Sakura

Müvəffəqiyyətə nail olmuş insanların 10 qaydası və ən yaxşı olmağın 15 yolu

"Əminəm ki, uğur qazanmış iş adamlarını uğura çatmayanlardan ayıran şeyin yarısı inadkarlıqdır." Stiv Cobs

müvəffəqiyyətli insanın 10 qaydası

1. Düz danışın, o halda heç nəyi yadda saxlamaq lazım olmayacaq 2. Ən çətin və xoşagəlməz işlə günün əvvəli məşğul olun. Bunu etsəniz- günün qalan hissəsi lazımsız düşüncələr sizi üstələyə bilməyəcək. 3. Televizora baxmayın. Heç vaxt. 4. "Davam et, ancaq irəli" kimi bir anlayış var. Sınayın, kömək edəcək. 5. Ağlınıza hansısa ideya gəldi? Qeyd edin, bir yerə yazın. 6. Gecikirsiniz? Bu barədə xəbərdarlıq etməyin bir yolunu tapın. 7. Sizə xəyanət edən insanlara qayıtmayın. Onlar dəyişmirlər. 8. Valideynlərinizlə daha çox vaxt keçirin - bizi tərk edəcəkləri an həmişə gözlənilmədən gəlir. 9. Nəzakət, şəhərləri fəth edir. Daha çox istifadə edin. 10. Səhvlərinizi etiraf etməyi öyrənin.

Ən yaxşısı olmanın 15 yolu

1. Bu gün dünəndən daha yaxşı olun. 2. Sizi ilhamlandıran şeyi edin. 3. Qarşılaşdığınız problemə 10 faiz diqqət ayırın, onun həllinə isə 90 faiz. 4. İşinizi ən yüksək səviyyədə edin. 5. Başqalarını tərifləyin, xüsusən də başqaları təriflənməsini istədiyi vaxtlarda. 6. Öz sənətinizdə virtuoz olmaq üçün gündəlik məşq edin. 7. İnadla çalışın, bəhanə axtarmayın. 8. Yıxıldıqda tez qalxmağı öyrənin. 9. Başqalarına və özünüzə verdiyiniz vədlərə əməl edin. 10. Alicənablıq göstərin, xüsusilə çətin anlarda. 11. Həmişə gözləntiləri üstələməyə çalışın. 12. Fiziki və zehni gücünüzü bərpa etmək üçün gündəlik vaxt ayırın. 13. Evinizdəki rahatlığı uğurunuzun təməli halına gətirin. 14. Peşəkar bir idmançı kimi idman edin. 15. Başqalarını dünənkindən daha yaxşı olmağa ruhlandırın.

Bir dəfə işsiz bir adam, qapıçı işinə girmək üçün Microsoft-a müsahibəyə gedir. Kadrlar şöbəsi ona suallar verir və söhbətin sonunda ünsiyyət üçün elektron poçt ünvanını yazmağı xahiş edirlər.

- Nə e-mail ?! - kişi cavab verir. - Mənim heç kompüterim yoxdur ...

"Onda biz Sizi işə götürə bilmərik, siz virtual aləmdə yoxsunuz" deyirlər ona.

Oğlan buna üzülür, cibində son 100 dolları vardı və özünə sual verir : "nə edim? Bu zaman ağlına bir fikir gəlir. Bazara gedir, bir kiloqram alma alır və bu almaları satmaq üçün evlərə getməyə başlayır. Bu qayda ilə bir neçə saat sonra kapitalını iki qat artırır Sonra daha çox alma alır və yenə də uğurla satır.

O gün 1000 dollar pul qazanır və başa düşür ki, bu cür gəlirlə yaşaya bilər. Hər səhər bazara getməyə, alma alıb evlərə aparıb satmağa başlayır. Bir müddət sonra maşın alır, sonra bir alma tədarükü şirkəti açır və bir neçə ildən sonra isə artıq ərzaq mağazaları şəbəkəsinin sahibi olur.

İllər sonra həyatını və ailəsinin həyatını sığortalamağa qərar verdi. Bir sığorta agenti ilə danışır və ona elektron poçtunu yazmağı xahiş edirlər. Və sahibkar, illər əvvəl olduğu kimi, deyir: - mənim nə elektron poçtum, nə də kompüterim var mənə lazım deyil....

- Bu ola bilməz! - agent təəccüblənir. "Varlısınız, belə bir işiniz var, ancaq adi elektron poçtunuz da yoxdur!" Bir düşünün, əgər Sizdə o olsaydı, hansı yüksəkliklərə çata bilərdiniz!

"Bəli, Microsoft-da bir qapıçı olardım" deyə iş adamı cavab verir.

Mənbə: telegra.ph

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR