Onu dinləyərkən qaçış tempi 5% artır, yorğunluq isə 15% azalır.
İdmanla məşğul olarkən musiqi dinləmək nəticəni xeyli yaxşılaşdırır. Bunu nəzərə alaraq alimlər, bəstəkarlar ilə birlikdə arıqlamaq üçün xüsusi mahnı yaradıblar. Mütəxəssislər əmindir ki, əgər məşqdə ona qulaq assanız, daha sürətli hərəkət edə biləsiniz və yorğunluğunuz azalar.
Ens.az Daily Mail-ə istinadən bildirir ki, Brunel Universitetinin mütəxəssisləri, musiqi müşayiətinin idman məşqlərinin effektivliyinə necə təsir etməsi mövzusunda son 100 ildə aparılan130-dan çox tədqiqatı təhlil edib. Müəyyən edilib ki, musiqi yorğunluğu aşağı salır və fəaliyyət qabiliyətliliyi artırır. Eyni zamanda bədəndəki gərginliyi azaltmağa və orqanizmin oksigendən daha səmərəli istifadəsinə kömək edir.
Təhlilər sayəsində alimlər "Run with me" (mənimlə qaç) kompozisiyasını yaratmağı bacardılar. Onu dinləyərkən qaçış tempi 5% artır, yorğunluq isə 15% azalır. Bunun sayəsində daha sürətli arıqlaya bilərsiniz. Mahnı tezliklə Londonda AIR: RUN-da real idmançılar tərəfindən sınanacaq.
Mahnının həmmüəllifi olan professor Kostas Karaqeorqis hesab edir ki, dinamik kompozisiyalar birbaşa beyinə təsir edir. Beyindəki əzgiləbənzər cism duyğulara cavab verir və beyincik isə refleksləri emal edir. Ritmik musiqi metronom rolunda çıxış edir. O nəbzi, hərəkətləri və tempi sinxronlaşdırmağa imkan verir.
Yaxşı musiqi yorğunluğu tamamilə aradan qaldırmasa da, bu hissdən yayındıraraq irəliləməyə kömək edir. Həmçinin əhval-ruhiyyəni də yaxşılaşdırır ki, bu da məşqin nəticəsinə faydalı təsir göstərir.
Mənbə: menslife.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət