Slimfit
  1. TÜRKİYƏ

Mustafa Şentop xariciləri azad olunmuş ərazilərə səfər etməyə çağırıb

Mustafa Şentop xariciləri azad olunmuş ərazilərə səfər etməyə çağırıb
Sakura

Mustafa Şentop xariciləri azad olunmuş ərazilərə səfər etməyə çağırıb

"Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlara gələn xarici nümayəndələr erməni vandallığına da yaxından şahid olacaqlar".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "HaberGlobal" televiziyasına eksklüziv müsahibəsində deyib.

O, Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib: "Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardaki acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır".

M.Şentop Şuşaya səfərinin məqsədini də açıqlayıb: "Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR