Slimfit
  1. PSİXOLOGİYA

Mustafa Kamal Atatürkdən uğur və mübarizəyə dair – 15 ilham verən söz

Mustafa Kamal Atatürkdən uğur və mübarizəyə dair – 15 ilham verən söz
Sakura

Mustafa Kamal Atatürkdən uğur və mübarizəyə dair – 15 ilham verən söz

Facemark.az Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün uğur, mübarizə, çalışqanlıq kimi mövzulardakı 15 sözünü təqdim edir.

1.Yerində duran, geriyə gedir deməkdir.. İrəli, daima irəli!

2. Uşaqlıq vaxtı, əlimə keçən iki qəpikdən birini kitablara verməsə idim, bu gün qazandığım işlərin heç birini edə bilməzdim.

3. Zəfər, “Zəfər mənimdir” deyənlərindir. Uğur isə “uğur qazanacağam” deyə başlayaraq sonunda, “uğur qazandım” deyənlərindir.

4. Çalışmaq, boş yerə yorulmaq, tərləmək demək deyil. Dövrün tələblərinə görə, elm və texnikadan və bütün sivil ixtiralardan maksimum faydalanmaq məcburidir.

5. Müharibədə yağan mərmi yağışı, o yağışdan ürkməyələri, ürkənlərdən daha az isladır.

6. Heç nəyə ehtiyacınız yoxdur, yalnız bir şeyə ehtiyacınız var; Çalışqan olmaq.

7. Heç bir zəfər məqsəd deyil. Zəfər, ancaq özündən daha böyük məqsədi əldə etmək üçün bəlli olan vasitədir.

8. Xəyal etdim, xəyalımın önündəki maneələri dəf etdim. Maneələri aradan qaldırdığım zaman, xəyalım öz-özülüyündən həyata keçdi.

9. Düşünməyən beyinlər, düşüncəsizlərə əsir olmaqdan o yana gedə bilməzlər.

10. Yolunda yeriyən yolçunun, yalnız üfüqi görməsi, kafi deyil. Mütləq üfüqdən kənardakıları da görməyi və bilməyi lazımdır.

11. Mənim qəhrəmanlarım, xəyallarını heç nəyə satmayan insanlardır.

12. Bəşəriyyətin düşməni cəhalət, cəhalətin düşməni isə təhsildir.

13. Əgər bir gün çarəsiz qalarsanız, xilaskar axtarmayın, xilaskar özünüz olun.

14. Fikirlər güclə, zorakılıqla, top və tüfənglər əsla öldürə bilməz.

15. Ümidsiz vəziyyətlər yoxdur, ümidsiz insanlar var. Mən heç vaxt ümidimi itirmədim.

Dahası: Böyük olmaq üçün kimsəni tərifləməyəcəksiniz, heç kimi aldatmayacaqsınız. Ölkə üçün, həqiqi məqsəd nə isə onu görəcək və o hədəf doğru gedəcəksiniz. Hər kəs sənin əleyhində olacaq, hər kəs səni yolundan çevirməyə çalışacaq. Fəqət sən buna qarşı mübarizə aparacaqsan, önünə sonsuz maneələr çıxacaq. Özünü böyük deyil, kiçik, zəif, heç zənn edərək, kimsədən kömək gəlməyəcəyinə inanaraq bu maneələri dəf edəcəksən. Bundan sonra sənə böyük desələr, bunu deyənlərə güləcəksən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR