Slimfit
  1. İQTİSADİYYAT

Mustafa Babanlı: "İnovativ iqtisadiyyatla bağlı universitetlərdə kadr hazırlığı köklü şəkildə dəyişməlidir"

Mustafa Babanlı: "İnovativ iqtisadiyyatla bağlı universitetlərdə kadr hazırlığı köklü şəkildə dəyişməlidir"
Sakura

Mustafa Babanlı: "İnovativ iqtisadiyyatla bağlı universitetlərdə kadr hazırlığı köklü şəkildə dəyişməlidir"

Azərbaycanda inovativ iqtisadiyyat sahəsində olan universitetlərdə kadr hazırlığı mövcud dönəmə uyğun olaraq köklü şəkildə dəyişməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, əvvəlkindən fərqli olaraq təlimin, iqtisadiyyatın mərkəzində insan və qeyri-müəyyən informasiyaya əsaslanan iqtisadi agentlərin davranışının qeyri- səlis nəticə əsasında təşviqinə və qeyri-dəqiq məhdudiyyətlərə malik real, çox agentli sistem kimi nəzərdən keçirilməlidir:

"Daha təkmil iqtisadi nəzəriyyə insanların özlərinin və başqalarının necə davranmalı və ya davranmamalı olduğuna dair etik normaları ehtiva edən üstünlüklər vasitəsi ilə iqtisadi agentlərin davranışını izah etməlidirlər. İstər ölkə iqtisadiyyatı, istərsə də, regional iqtisadiyyatda çoxlu sayda qarşılıqlı əlaqədə olan iqtisadi agentlərin - zavodlar, şirkətlər, müəyyən qruplar, mürəkkəb bir sistemdir və bu mühitdə onların qarşılıqlı əlaqəsi və müvafiq informasiya ilə bağlı yüksək dərəcədə qeyri-müəyyənlikləri var.

Bu amilləri özündə ehtiva edən yeni nəzəriyyələrin müəllifləri iqtisadi davranışa təsir edən agentlərin motivləri və etik normalar kimi amilləri daxil etmək üçün iqtisadi nəzəriyyənin yenidən qurulmasını təklif ediblər. Hətta 40-cı illərdə mövcud olan yeni yanaşma son illərdə daha çox aktuallıq kəsb etməyə başlayıb və ömrünün son 10 ilində Lütfi Zadə israrla təklif etdiyi nəzəriyyə, yəni qeyri-səlis, qeyri-müəyyənlikləri nəzərə alan bir müştəriyə çevrilmək nəzəriyyəsini ortaya gətirdi".

M.Babanlının sözlərinə görə, bu səbəbdən də hazırda innovativ iqtisadi modelin qurulmasına yanaşma ortaya qoyulmalıdır: "İnnovativ iqtisadi modelin komponentlərindən biri biliklərə və süni intellektə əsaslanan Dördüncü Sənaye İnqilabı olmalıdır. Yeni yaradılacaq sənaye obyektlərinin, parkların qurulmasında bu konsepsiyadan yararlanmaq artıq günün tələbidir. Ölkəmizdə əsasən də işğaldan azad olunan ərazilərimizdə innovativ iqtisadi modelə keçid çox vacibdir".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR