Slimfit
  1. MƏDƏNİYYƏT

Musiqili Teatrın solisti Belarus və Ukraynada uğurla çıxış edib

Musiqili Teatrın solisti Belarus və Ukraynada uğurla çıxış edib
Sakura

Musiqili Teatrın solisti Belarus və Ukraynada uğurla çıxış edib

 Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusun Xalq artisti Natalya Qaydanın 80 illiyi münasibətilə keçilən tədbirdə iştirak edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bundan başqa, N.Kərimova Ukraynanın İvan-Frankovski şəhərində keçirilən, dünyanın 43-dən çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq “Карпатский простор” festivalında da ölkəmizi layiqincə təmsil edib. “Arşın mal alan” və “Silva” operettalarından, həmçinin, “Sindibadın qayıdışı” rok-operesından müxtəlif ariyalar ifa edən Əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“İstər Minskdə, istərsə də İvanko-Frankovski şəhərlərində təşkil olunan tədbirlərdə ifa etdiyim opera partiyaları, xüsusi ilə də ana dilimizdə səsləndirdiyim Gülçöhrənin ariyası çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb və tamaşaçılar sürəkli alqışlarla xoş hisslərini bildirdilər. Hətta Minskdəki konsert zamanı məni müşayiət edən orkestrin üzvləri də etiraf etdilər ki, Belarus Akademik Musiqili Teatrının repertuarında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası var və uğurla nümayiş olunur, lakin indiyə qədər heç vaxt belə həzin, şirin və məlahətli ifanın şahidi olmamışıq. Ölkəmizi belə mötəbər tədbirlərdə uğurla təmsil etdiyim üçün çox məmnunam və mənə bu şəraiti yaradan doğma teatrımızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə Nərgiz Kərimova xoş təəssüratlarını bölüşüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR