Slimfit
  1. MARAQLI

Musiqi Satışları necə artırır?

Musiqi Satışları necə artırır?
Sakura

Musiqi Satışları necə artırır?

Musiqisiz bir bar təsəvvür edə bilərsiniz? Və ya səssiz bir geyim mağazası? Və ya musiqi səssiz bir restoran? Əgər bir mağazada olsaydınız və arxa planda musiqi səslənməsə idi, təəssüratınız necə olardı? Böyük ehtimalla, çox səssizlikdən narahat olardınız . Hətta, əlinizdəkiləri buraxıb musiqi çalınan bir mağazaya gedərdiniz.

Digər tərəfdən, çox yüksək musiqi səsləndiyi üçündə mağazanı tərk edə bilərsiniz və mağazanın marka və ya əhvalına uyğun gəlmədiyi üçün başqa seçimlər edərdiniz. Hər nə də olsa, musiqi konsertində deyil, məhsul seçimi üçün ordasınız.

Doğru səs səviyyəsində səslənən musiqi, müştəriləri doğru ruh halına gətirə bilmə potensialına sahibdir. Doğru musiqi markanızı və yerinizi təmsil edə bilər yəni satış fürsətləri yarada bilər və müştəri cəlb edə bilər. Musiqinin biznesdə necə istifadə olunmasına göz gəzdirək:

Doğru atmosferi yaradın

Gün keçdikcə daha çox müştəri eBaydan Amazona, Amazondan Overstocka uzanan veb səhifələrində hər hansısa məhsul üçün alış-veriş edərkən, müştərilərin yaxşı təəssürat alması çox önəmlidir. Amma nəticə olaraq, veb üzərindən edilən alış-verişlə, canlı olaraq edilən alış-verişin ən əsas fərqi təcrübədir.

Doğru musiqi stilini və ritmini dəyişdirməklə, istədiyiniz atmosferə sahib ola bilərsiniz və ya istədiyiniz auranı yarada bilərsiniz. Buna görə, musiqi seçərkən çox diqqətli olmaq lazımdır. Məsələn, pop musiqi çalaraq oynaq atmosfer və ya yavaş ritmlərlə daha rahat bi atmosfer qura bilərsiniz.

Sürətin tənzimlənməsi

Bir çox yerdə, sakit musiqi mağazada alçaq səslə çalınsa, müştərilərdə daha yavaş seçməyə meyilli olacaqlar və əks olaraq da, daha hərəkətli musiqi müştərilərin seçməsini sürətləndirəcək. Amma narahat olmayın, çünki sürət satışa təsir etmir, sadəcə atmosferi dəyişdirir.

Musiqi fərdi hissi artırır

Musiqi mağazanızda olan alıcılarda və ya restoranda olan müştərilərdə fərdi məkan hissi yaradır. Özlərini daha rahat hiss etməsinə kömək olur və gəzərkən dostlarıyla, ailəsiylə danışdıqlarında onlara gizlilik hissi yaradır. Çox səssiz olan bir mağaza, alıcını narahat edər və hətta satış səviyyəsində düşüşə səbəb olar.

Brend yaratmaq

Bir brend yaratmaq, sizi rəqiblərinizdən ayırmaq deməkdir. Musiqi, bu brendin bir parçasıdır. Mağazanızda çalınan bir musiqinin tərzi, ritmi, vəya həcmi müştərilərin düşüncəsində böyük rol oynayır.

Hər hansısa bir mağazada, yüksək keyfiyyətli kişi patlarları satıldığını düşünün. O mağazada rep musiqi eşitmə ehtimalınız yoxdur. Həmçinin, alıcısının böyük hissəsini gənclərin təşkil etdiyi bir mağazada da, sakit ritmli mahnı eşitmə ehtimalınız yoxdur. Musiqi, brend hədəflərinizi çatmaqda və brendi müştərilərə təqdim etməkdə böyük rol oynayır.

Artan məhsuldarlıq

İş yerinizdə səsləndirdiyiniz musiqinin təsiri, müştərilərə olduğu qədər işçilərinizə də aiddir. Musiqi personalın kefini yüksəltməyə və məhsuldarlığı artırmağa kömək edir. Rahat və motivasiyalı işçilər, daha yüksək xidmət və razı müştərilər deməkdir.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR