İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya…
Dekabrın 8-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı təşkil edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda iştirak və çıxış edərək deyib:
"İslam Əməkdaşlıq Təşkilatı əhalisinin 21 faizi, yəni 350 milyon adam həddindən artıq yoxsulluq şəraitində sağ qalmaq üçün həyatla ölüm arasında qalıb. Ən zəngin İslam ölkəsi ilə ən yoxsulu arasındakı gəlir fərqi isə 200 dəfəni keçir. Müsəlmanlar elə zəkatlarını (İslamın beş şərtindən biri: sahib olunan mal və pulun qırxda birinin hər il sədəqə olaraq paylanması) versələr, İslam ölkələrində kasıb qalmaz.
Türkiyə iqtisadiyyatının makro göstəriciləri və təməlləri son dərəcə güclü və sağlamdır. Qlobal ticarət müharibələri və maliyyə bazarlarındakı pul dalğalanmalarına qarşı risklərə hazır ölkələrin başında Türkiyə gəlir. Ölkəyə birbaşa sərmayələrin artması üçün nə lazımdırsa, imkanlar daxilində, maddi və mənəvi bütün dəstəkləri təmin edirik.
Regional inkişaf mövzusunda da ölkələrlə yaşanılan siyasi gərginliklərin ticarət əməkdaşlığına mənfi təsir etməməsi üçün çox böyük həssaslıq göstəririk.
Dünyanın harasında olursa olsun, qardaşlarımızın dərdləri bizi də kədərləndirir. Albaniya 26 noyabrda 6,4 bal gücündə zəlzələ ilə üzləşdi. 500 bina tikmək üçün Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinə təlimat verdim. İslam ölkələrinin iqtisadi inkişafı və rifah səviyyələrinin artırılması üçün hazırki maddi və tarixi şərtlər son dərəcə əlverişlidir. Sizdən qardaş Albaniyanın yaralarının sarınması üçün tezliklə onlara bütün imkanlarınızla dəstək verməyinizi xahiş edirəm."
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət