Slimfit
  1. GÜNDƏM

Müsəlman Uyğur Türk qadınları 1 milyon 600 min Çinli məmur tərəfindən cinsi istismara məruz qalır" - Şərqi Türküstan Milli Məclisinin sədri Tümtürk

Müsəlman Uyğur Türk qadınları 1 milyon 600 min Çinli məmur tərəfindən cinsi istismara məruz qalır" - Şərqi Türküstan Milli Məclisinin sədri Tümtürk
Sakura

Müsəlman Uyğur Türk qadınları 1 milyon 600 min Çinli məmur tərəfindən cinsi istismara məruz qalır" -…

Şərqi Türküstan Milli Məclisinin sədri Seyid Tümtürk, Şərqi Türküstanda müsəlman uyğur türklərinə qarşı edilən zülmkarlıqla bağlı Eurasia Diary-yə açıqlamalar edib.
 
Son 3 ildə Şərqi Türküstandakı zülmkarlıq ən yüksək həddə çatıb. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının verdiyi açıqlamalarda və yayımladığı sənədlərdə 1 milyondan çox müsəlman Uyğurun Çinin əsir düşərgələrində və həbsxanalarında işgəncələrə məruz qaldığı bildirilir. Bizim hesablamalarımıza görə bu rəqəm 5 milyondan çoxdur. 1 milyon 600 min Çinli kişi məmuru  "Qardaş ailə layihəsi" adı altında müsəlman Uyğur Türklərimizin məhrəmi, ailəsi, iffəti və namusu olan xanımlarımızın və qızlarımızın qaldığı evlərə yerləşdirərək görünməmiş bir soyqırım, əxlaqsızlıq, assimilyasiya siyasəti həyata keçirilir. Çinli kişilər Müsəlman Uyğur Türklərinə həvəs göstərəndə qızlarımız intihar edir.
 
Bu namus təkcə 35 milyon müsəlman Uyğur Türkünün namusu deyil, bütün ümmətin namusu, bütün bəşəriyyətin namusudur!
 
Bu gün düşərgədə olan 5 milyon müsəlman uyğur türkünün gələcəyimiz, nəslimizin davamı olan 5 yaşdan 6 yaşa qədər 1 milyon övladına Çinin islah əmək düşərgəsində, uşaq düşərgələrində donuz əti yedizdirilir, ateist və kommunist ideologiyası ilə manqurtlaşdırılırlar; kommunist partiyasının sadiq nökəri olaraq, vətəninə, millətinə, dininə, inancına və ailəsinə düşmən kimi yetişdirilirlər. Gələcəkdə bizi necə bir təhlükənin gözlədiyi və Çinin bizi öz uşaqlarımızın əli ilə vuracağı narahatlığı ilə yaşayırıq.
  
20 ilə 45 yaş arasında 500 minə yaxın Şərqi Türküstanlı sağlam kişi, Çinin daxili bölgələrinə aparılır, onların orqanları ilə Çin siyasətçilərinin, generallarının və iş adamlarının orqan ehtiyacları qarşılanır. Qalan orqanlar, varlı ərəblərin və neft maqnatlarının orqan ehtiyaclarını ödəmək üçün "Halal orqanlar" kimi satılır və rəsmi internet saytlarında yayımlanır.
 
Şərqi Türkistanda insanlığın vicdanı tapdanır
 
Şərqi Türküstanlıların, nə kişilərinin, nə qadınlarının, nə də uşaqlarının nəinki namus və iffətləri, heç bir şeyləri üçün qarantiya yoxdur. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində verilən hüquqları həyata keçirməyə haqqımız yoxdur. Nə doğulmaq, nə yaşamaq hüququna.. Analarımız 1 uşaqdan çoxuna hamilə qaldıqda, abort etməyə məcbur olurlar. Buna görə ən azı 15 milyon Şərqi Türküstanlı doğulmaq hüququndan məhrumdur. Gənc qızlarımız əxlaqsız yerlərdə işlədilirlər.
 
35 milyon Şərqi Türküstanlı assimilyasiya siyasətilə üzləşmiş vəziyyətdədir
 
Çin, Şərqi Türkistanda törətdiyi bu qırğınları 3 ildir ki, rədd edirdi. Birləşmiş Millətlər Təşkilatı və Avropa Parlament Assambleyası Çinin əsir düşərgələrində və həbsxanalarında 1 milyondan çox müsəlman Uyğur Türkünü təqib etdiyini elan etdi və dərhal düşərgələrin bağlanaraq Çinə tövsiyyə kimi Müsəlman Uyğur Türklərinin sərbəst buraxılmasını təklif etdi. Çin bunu qəbul etmədi. Daha sonra Çinin rədd etdiyi işgəncə düşərgələrinin peykdən çəkilmiş şəkilləri yayımlandı. Çin bunu da təkzib etdi. Son olaraq düşərgədən Qazaxıstanın tələbi ilə öz vətənlərinə qaytarılan Qazaxıstan vətəndaşları oradakı işgəncələr, təcavüz və insan dramları haqqında beynəlxalq mediaya və xəbər agentliklərinə məlumat verdilər. Düşərgələrin görüntüləri agentliklər tərəfindən yayımlandıqdan sonra Çin 3 ildir rədd etdiyi düşərgələri qəbul etməli oldu. "Bəli, bizdə islah əmək düşərgələri var, amma işgəncə yoxdur" dedi.
 
Çin islahat və ideoloji təmizlik adı altında, Şərqi Türküstanlıları türk və müsəlman kimliyindən uzaqlaşdırana qədər işgəncə verir, onları manqurtlaşdırır. Şərqi Türküstanlılar şəhid olur, onlara əzab verilir. Bu mübarizə Şərqi Türküstan xalqının ağır sınağı olmaqla bərabər, bütün insanlığın, İslam dünyasının və Türk dünyasının imtahanıdır. 

Hz. Məhəmməd (s.ə.v.) buyurur: "Haqsızlıq qarşısında susan dilsiz şeytandır".
 
Hz. Əli (ə.s.) "Bir zülmün qarşısını ala bilmirsinizsə, bunu hamıya bəyan edin!" deyir.

Müsahibəni götürdü: Təbriz Abbasov

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR