Slimfit
  1. MƏDƏNİYYƏT

Müsəlman rejissorlar Netflix-ə alternativ platforma qururlar

Müsəlman rejissorlar Netflix-ə alternativ platforma qururlar
Sakura

Şəhər müsəlmanlarını cəlb edərək sektorda böyük boşluğu doldurmaq məqsədi daşıyır

 İslam qaydaları baxımından  ailə strukturuna mənfi təsir göstərən və İnternet üzərindən yayımlanan filmlərdə və seriallarda pozğun münasibətləri vurğulayan platformalara alternativ olacaq.

 Onlayn məzmun provayderi Alchemiya, Facebook hesabında canlı yayımlanan "Ertuğrul və Ötəsi:Netfilx zamanında Mənəvi Müsəlman Media" başlığında panel gerçəkləşdirib.

 Müsəlman cəmiyyətlərində tanınmış film rejissorları, ssenaristləri və rejissorları bir araya toplayan tədbirdə İngiltərə, ABŞ, Cənubi Afrika, Kolumbiya və Türkiyədən izləyicilər iştirak ediblər.

Çıxış edənlər TRT-nin çəkdiyi "Dirilik Ertuğrul" un qlobal auditoriyası ilə müsəlman tarixinə və şəxsiyyətinə verdiyi qürurun necə əks olunduğunu müzakirə ediblər.

 Harun Mişel Suqiç, "Kino mənəvi bir təcrübə yarada bilərmi?", Ovidio Salazar "Mənəvi Film Sənəti", Amina Çaudari "Müsəlman Qadının Səsi", Zarqa Navaz "Əsas süjetdə  Müsəlman Səsləri» və Mustafa Davis "Qaradərili Müsəlmanın Hekayəsi" mövzularında çıxışlar ediblər.

 Alchemiya-nın baş meneceri Navid Aktar tərəfindən idarə edilən paneldə, film çəkilməsi ilə bağlı ideyalar və Alchemiya-nın orijinal məzmun yaratmaq planının başlamasına diqqət çəkilib.

 "Öz müstəqil məkanımızı qurmağımız çox vacibdir"

 Film platformalarının istehlaka əhəmiyyət verdiyini vurğulayan Aktar, "Bir əsər hazırlamaq üçün nə qədər vaxt sərf etməyinizə, nə qədər səy göstərdiyinizə əhəmiyyət vermirlər. Hər şeyi istehlak üçün platformaya qoyurlar. Bu ayrı-semkilik problemli bir şeydir. Buna görə də düşünürəm ki, öz müstəqil məkanımızı qurmağımız çox vacibdir.  Dünyadakı hər bir müsəlman üçün olmaya bilər,  bəlkə hər kəsin zövqünə uyğun gəlməyəcək, amma böyüyən  cəmiyyət var. Belə bir məkan yaratmaq, ən azı "Biz buradayıq, səsimiz var və dili, prosesi, janrları anlamaq və nəsə istehsal etmək imkanımız var."  demək vacibdir. "  Harun Mişel Suqiç, dünyadakı yayımları izləmək üçün belə bir platformanın zəruriliyini vurğulayaraq,  müsəlmanların kinonu qəbul etməkdə gecikdiyinə görə məzmunun geridə qaldığını bildirdi.

 Hər şeydə gözəllik var: Allah gözəldir, Gözəlliyi sevir

 Ovidio Salazar platformanın əyləncəli olduğu kimi bəzi mesajlara da diqqət çəkməyi hədəflədiklərini ifadə edərək, "Bu platforma qaranlıq yox, aydnlıqda yaşanan  həyata həsəd aparmalıdır. Hər şeydə gözəlliyin olması lazım olduğunu vurğulamalıyıq. Allah gözəldir, gözəlliyi sevir"  ifadələrini söylədi.

 Sadəcə müsəlmanlar üçün deyil,  universal  kino məkanının yaradılmasının lazım olduğunu vurğulayan Salazar, "İslam universal  dindir. İnsanların inanclarından asılı olmayaraq özlərindən bir şey tapa biləcək dindir. Əlbəttə bu sözü istifadə etməliyiksə, təbliğat etməməliyik. Daha möhkəm bir üsuldan istifadə etməliyik" .

 Netflix-in yeni istehsalı olan "Cuties" ilə bağlı davam edən mübahisələrə toxunan Amina Çaudari, "Hollivudda bir çox qadın bu günə qədər seksuallıq üçün istifadə edilib. 'Cuties' bizə tənqid etdiyimiz zamanın keçmiş olmadığını göstərir. İndi 11  yaşlarında olan qızlar cinsi məzmunda istifadə olunur. Bu, dünya mediasının ənənəvi ailə dəyərləri anlayışına məhəl qoymayan bir istiqamətdə irəlilədiyi üçün vacibdir. Müsəlman  qadın  rejissor olaraq film çəkməyə davam etməliyəm. Özümüz üçün bu sahədə olmalıyıq "  qiymətləndirməsini etdi.

 "Müsəlmanlara qarşı olan mədəniyyət və önyarğını dəyişdirmək istəyiriksə, televiziyanı dəyişdirməliyik"

 Zarqa Navaz, insanla əlaqəli hər şeyin ümumbəşəri olduğuna da diqqət çəkərək, "Müsəlmanlarda insan və humanizm təcrübələri var. Müsəlmanların yalnız müəyyən klişelərlə kino dünyasına daxil olduğuna diqqət çəkən Navaz deyib:

 "Ekranda bu incə xəttin arxasında müsəlmanların təcrübələrini görmürük. Terrorizm, İslamofobiya, mühacir bir ailənin övladı olmaq ... Həmişə elə hey eyni hekayələr təqdim olunur. Ancaq bizim yaşadığımız şeylərin 99 faizi əsla orda  yoxdur. Mən bir müsəlman qadının normal təcrübələrini ekranda əks etdirmək istəyirəm.  Bu platforma bunun üçün bir şansdır. Biz daha çox insanı öz istehsal şirkətlərini yaratmağa, bu sahədə yeni filmlər çəkməyə təşviq etməliyik. Özümüz tərəfindən qabarit içində yaşayan və cəmiyyətimizə yayımlanan  cəmiyyət olmamalıyıq. Bu, dünya arenasında bizə kömək edə bilməz. Televiziya mədəniyyət yaradır. Əgər müsəlmanlara qarşı  olan  mədəniyyət və qərəzləri dəyişdirmək istəyiriksə, televiziyanı dəyişdirməliyik. İndi bu imkanımız var. "

Mustafa Davis isə güclü və yaxşı istehsalın olduğunu, ancaq paylaşmada problemlərin olduğunu və Alkimiyanın bu ehtiyacı qarşılayacağına inandığını vurğuladı.

 Alchemiya-nın hədəf auditoriyası qlobal şəhər müsəlmanları

 Müsəlman rejissorların serialları, sənədli filimləri, həyat tərzini əks etdirən proqramlar və önə çıxan filimləri üçün qlobal bir məkan açan Alchemiya ilə İslam mədəniyyətini ən yaxşı şəkildə əks etdirmək hədəflənir.

 BBC və Kanal 4-də 20 ildən çox təcrübəsi olan  prodüsser Navid Aktarın ideyası olan platformada, çoxu ilk dəfə  yayınlanan filmlər beynəlxalq tamaşaçılara təqdim edilir.

 Məzmunun bir aylıq abunə sistemi ilə izlənə biləcəyi Alchemiyanın, hədəf auditoriyasına qlobal şəhər müsəlmanlarını  cəlb edərək sektorda böyük bir boşluğu doldurmaq məqsədi daşıyır.

Mənbə: risalehaber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR