Slimfit
  1. ƏDƏBİYYAT

Musa Cəlil - Qızım, neçin mənə həsrətlə baxdın

Musa Cəlil - Qızım, neçin mənə həsrətlə baxdın
Sakura

Musa Cəlil - Qızım, neçin mənə həsrətlə baxdın

Qızım, neçin mənə həsrətlə baxdın,
O ayrılıq çağı, vida anında?
Bəlkə hiss etdin ki, atanın canı
Həsrətdən üzülüb qaldı yanında?

Gülüm, sezdinmi ki, səndən ayrılmaq
Əcəldən acıdır, ölümdən betər.
Dolmuş bir buluddur atanın könlü,
Bircə mehə bənddir dolmuş könüllər.
 
...Mənim həyatımın kimlədi süsü?
Anan, gözəl anan, gülüm, bir də sən.
Məgər bu əbədilik bu ağ gündüzü
Bizə verməmişdir bu böyük Vətən?!
 
Əlləri baltalı, dişləri qanlı
Vəhşilər soxuldu bu gülşən yurda.
Qala bilərdimmi bir kənarda mən,
Ölüm-dirim adlı bu vurhavurda?!
 
Gedirəm, yadların ovum burnunu,
Çəkim keşiyini bizim baharın.
Yıxılsam, canımla, qalsam, köksümlə,
Kəsim qollarını qəsbkarların!
 
...Qanımı verərəm, sönməz heç zaman
Ərzə ayna tutan Çulpanım mənim.
Nəbzimi, canımı verərəm sənə,
Məzarda dinc yatar ruhum, bədənim.

...Əlvida, göyçəyim, dan söküləndə
Daim o ulduzu görməkdir əhdim.
Dönərəm yanına qalib gələndə,
Çiynimdə avtomat-
zəfər şöhrətim...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR