Dərc edildi: Baxış sayı: 677
Musa Cəlil - Qatilə
Sənin həbsxananda dustaq olsam da əgər,
Dizim bükülməyəcək sənin önündə qatil!
Mənim ölüm saatım gələcəkdir bir səhər
Başımı kəsəcəksən, mən ancaq ayaq üstə
Öləcəyəm, onu bil!
Öldür! Diz çökmərəm qarşında qatil!
Dustağam.Qəlbimsə dustağın deyil.
Başımı baltanla üzə bilərsən,
Fəqət, baş əymədən öləcəyəm bil!
Heyif ki, sizlərdən min qulduru yox,
Yüzünü silmişəm dünya üzündən.
Elə buna görə gərək xalqımın
Önündə diz çöküb üzr istəyəm nən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət