Dərc edildi: Baxış sayı: 692
Musa Cəlil - Ana
Anamın uzanıb yatdığı tabut
Əbədi zülmətdir mənim gözümdə.
O çağdan qayğılar aldı könlümü,
Tabutun kölgəsi qaldı üzümdə
...Mərhum anaların göz yaşlarına,
Ürək ağrısına and içirəm mən,
Vətən sevgisinin nəbzimdə çarpan
Hər bir vurğusuna and içirəm mən.
Dibindən kəsərəm biləklərini,
Düşmən əl uzatsa azadlığıma.
Onun dırnağı da toxuna bilməz
Ana Vətənimə,doğma xalqıma.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət