Slimfit
  1. PSİXOLOGİYA

Münasibət üçün beyninizlə ünsiyyətə girin - Ondan istifadə etməsəniz, o sizdən istifadə edəcək...

Münasibət üçün beyninizlə ünsiyyətə girin - Ondan istifadə etməsəniz, o sizdən istifadə edəcək...
Sakura

Münasibət üçün beyninizlə ünsiyyətə girin - Ondan istifadə etməsəniz, o sizdən istifadə edəcək...

Cəmiyyətimizdə tez-tez qadın və kişilərin mübahisəsinə rast gəlirik. Məsələnin aktuallığını nəzərə alaraq artıq bir neçə müddətdir ki, hər iki cinsin nümayəndəsi ilə bağlı araşdırma yazıları təqdim edirik. Düşünürük ki, bunun onların münasibətlərində müsbət rolu olacaq. 
 
Moderator.az bu dəfə qadın və kişilərin beyinləri haqqında yazını təqdim edir. 
 
Beyin mükəmməl bir kölə, bərbad bir hökmdardır. Beynimizə qarşı heç birimiz diqqətsiz və laqeyd qala bilmərik. Ən qiymətli parçanız olan beyninizlə ünsiyyətə girmək, ondan necə istifadə etməyi bilmək və bacardığınız qədər çox faydalanmaq istərdinizmi? Lakin bir şeyi bilin ki, qərarınızdan asılı olmayaraq beyninizdən istifadə etməsəniz, o sizdən istifadə edəcək. Çiyinləriniz üzərində gəzdirdiyiniz, başınızın içində yer alan beyninizlə bağlı sadəcə iki seçim imkanınız olduğunu bilirsinizmi?
 
Birinci seçiminiz:
 
Beyniniz sizin istəkləriniz, gözləntiləriniz, xəyallarınız və münasibətləriniz üçün çalışacaq. 
 
İkinci seçiminiz:
 
Beyniniz başımızın içində özü bildiyi, adət etdiyi kimi işləməyə davam edəcək. Bunun başqa yolu yoxdur. Beyniniz özü bildiyi kimi işləyəndə belə, yaratdığı duyğu və düşüncələrin nəticələriylə siz qarşılaşacaqsınız. Beyniniz həyatınızı, münasibətlərinizi, qısacası, bir insan olaraq, hər bir şeyinizi idarə edir. Belə olan halda siz də beyninizə nəzarət etməlisiniz. Ondan faydalanmağı öyrənməli və istəklərinizə uyğun istifadə etməlisiniz. 
 
Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmalıyıq. Necə çalışdığını bilmədiyiniz bir şeyə nəzarət edə, ondan lazımi qədər faydalana bilməzsiniz. Hər şey beyində başlayır. Qadın və kişi olaraq necə danışırsınız? Saatlarla zövq alaraq necə söhbət edirsiniz? Onu deyim ki, söhbət etmək beyindən-beyinə həyata keçirilən alış-verişdir. Beynimizin düşünərək xəyal etdiklərini əllər reallaşdırar. 
 
Mənbə: Mustafa Kılınçın “Kişilər nə istəyir, qadınlar nə verir?” kitabı.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR