Slimfit
  1. AZƏRBAYCAN

"Münaqişənin sülh yolu ilə həll edilməsi üçün bütün detallar hazırlanıb"

"Münaqişənin sülh yolu ilə həll edilməsi üçün bütün detallar hazırlanıb"
Sakura

"Münaqişənin sülh yolu ilə həll edilməsi üçün bütün detallar hazırlanıb"

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində beynəlxalq qurumların 1992-ci ildən bu günümüzə qədər qəbul etdiyi bütün qərarlar, protokollar, sazişlər və tövsiyyələrdə Azərbaycanın ərazi bütövlüyü xüsusi olaraq vurğulanıb. 1992-ci ildə Helsinkidə reallaşan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Şurasının birinci əlavə görüşü iclasında münaqişənin ərazi bütövlüyü prinsipinə uyğun nizamlanması əsas götürüldü”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, 27 il ərzində Avropa Birliyi təşkilatı və üzv dövlətləri, Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən həyata keçirilən bütün tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi xüsusi olaraq vurğulanıb: “Bu təşkilatların münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün vahid və razılaşdırılmış baza yaradılıb. Zaman-zaman problemin həlli ilə məşğul olan təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə olunmadığı barədə bəyanatlar səsləndirilib. 1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilən Zirvə görüşündə Fəaliyyətdə olan Sədri bəyanatında Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilmişdir. Bu prinsiplərdən ən birincisi isə münaqişə tərəflərinin ərazi bütövlüyü məsələsi idi.

Amerikalı həmsədr Ceyms Urolik dəfələrlə işğal olunmuş ərazilərin qaytarılmasının zəruriliyi barədə bəyanatlar verib. Dağlıq Qarabağın hüquqi sahibi Azərbaycan olmasından yana dünyada çəkisi və nüfuzu olan dövlətlər tərəfindən də siyasi və mənəvi dəstək almaqdayıq. Türkiyə, Pakistan, Almaniya və ABŞ kimi güclü dövlətlər dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildiriblər. İndiyə qədər münaqişənin sülh yolu ilə həll edilməsi üçün bütün detallar hazırlanıb. Yalnız bu işləmlərin həyata keçməsi üçün siyasi qərarın verilməsi qalıb. Lakin Rusiyanın bölgədə öz hərbi gücünü sülhməramlı qüvvə adı altında artırmaq istəyi prosesi tormozlayır. Azərbaycan hakimiyyəti isə ölkəmizdə yalnız bir ölkəyə məxsus sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə razı ola bilməz”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR